backend

Deputat Pərvin Kərimzadə Gəncədə keçirilən “Olimpiya Ümidləri” beynəlxalq karate turnirində iştirak edib

İyulun 18-19-da Gəncə İdman Sarayında Azərbaycan Karate Federasiyası və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Olimpiya Ümidləri” beynəlxalq karate turniri keçirilib.

Qaynarxett.az xəbər verir ki, yarışda Azərbaycanla yanaşı, Türkiyə, Pakistan, Gürcüstan və Rumıniyanı təmsil edən komandaların tərkibində ümumilikdə 600 idmançı mübarizə aparıb. Turniri yerli və xarici mütəxəssislərdən ibarət 32 nəfərlik hakimlər heyəti idarə edib. Hakimlər arasında 12 beynəlxalq dərəcəli hakim də yer alıb.
Turnirin əsas məqsədi ölkədə karatenin inkişafına töhfə vermək, yeniyetmə və gənclərin vətənpərvərlik və yüksək mənəvi dəyərlər ruhunda yetişdirilməsini təşviq etmək, perspektivli idmançıları müəyyənləşdirmək və beynəlxalq idman əməkdaşlığını genişləndirməkdir.
Tədbirin açılış mərasimində şəhid ailələrinin üzvləri, qazilər, Milli Məclisin deputatları, Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, eləcə də idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Milli Məclisin deputatı Pərvin Kərimzadə də turnirin açılış mərasimində iştirak edərək idmançılarla görüşüb, yarış iştirakçılarına uğurlar arzulayıb və bu cür beynəlxalq turnirlərin gənclərin sağlam inkişafı, idmana marağının artırılması və ölkələr arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.