backend

Milli Məclisin nümayəndə heyəti Şimali Kipr Türk Respublikası Prezidentinin rəsmi ziyafətində iştirak edib

20 iyul axşam saatlarında Şimali Kipr Türk Respublikasının Prezidenti Tufan Erhürman tərəfindən təşkil olunan rəsmi ziyafətdə Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyəti iştirak edib.

Qaynarxett.az xəbər verir ki,tədbirdə Azərbaycan–Şimali Kipr Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin deputatı Cavanşir Feyziyev Milli Məclis adından Prezident Tufan Erhürmanı və Şimali Kipr Türk Respublikası xalqını bayram münasibətilə təbrik edib.
Cavanşir Feyziyev çıxışında Azərbaycan ilə Şimali Kipr Türk Respublikası arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib, parlamentlərarası əməkdaşlığın inkişafının önəmini vurğulayıb.
Rəsmi ziyafət qarşılıqlı səmimiyyət şəraitində keçib, tədbir iştirakçıları arasında fikir mübadiləsi aparılıb və ikitərəfli əlaqələrin perspektivləri müzakirə olunub.