backend

Deputat Müşfiq Cəfərov Samuxda vətəndaş qəbulu keçirib

Milli Məclisin deputatı Müşfiq Cəfərov Samux rayonunda növbəti vətəndaş qəbulu keçirib.

Qaynarxett.az xəbər verir ki, qəbul zamanı rayon sakinləri onları narahat edən sosial, məişət və digər məsələlərlə bağlı müraciətlərini deputatın diqqətinə çatdırıblar. Müşfiq Cəfərov hər bir vətəndaşı ayrı-ayrılıqda dinləyərək qaldırılan problemlərlə yaxından maraqlanıb.
Müraciətlərin bir qisminin yerində araşdırılması üçün müvafiq tapşırıqlar verilib, digər məsələlərin həlli məqsədilə aidiyyəti dövlət qurumları ilə əlaqə saxlanılması və müraciətlərin nəzarətdə saxlanılması qərara alınıb.
Deputat vətəndaş müraciətlərinin operativ və obyektiv şəkildə araşdırılmasının vacibliyini vurğulayaraq, seçicilərlə mütəmadi görüşlərin davam etdiriləcəyini bildirib.