Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva Prezident İlham Əliyevin Almaniyaya səfərinin Azərbaycan–Almaniya münasibətlərinin strateji əhəmiyyətini daha da artıran mühüm diplomatik hadisə olduğunu bildirib.
Deputat qeyd edib ki, səfər iki ölkə arasında siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi, enerji təhlükəsizliyi, yaşıl iqtisadiyyat və regional təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Almaniya Azərbaycanın Avropa İttifaqındakı əsas tərəfdaşlarından biridir və münasibətlər qarşılıqlı hörmət, etimad və praqmatik əməkdaşlıq prinsipləri əsasında inkişaf edir.
Ülviyyə Həmzəyeva vurğulayıb ki, Almaniya Azərbaycanın qeyri-neft sektoruna investisiya yatıran aparıcı Avropa ölkələrindəndir. Alman şirkətlərinin sənaye, nəqliyyat, logistika, rəqəmsallaşma, kənd təsərrüfatı və bərpa olunan enerji sahələrinə marağı yeni investisiya layihələrinin və texnologiya transferinin genişlənməsi üçün əlverişli imkanlar yaradır.
Deputatın sözlərinə görə, enerji əməkdaşlığı Azərbaycan–Almaniya münasibətlərinin əsas istiqamətlərindən biri olaraq qalır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu, xüsusilə Cənub Qaz Dəhlizi vasitəsilə təbii qaz ixracı, Almaniyanın ölkəmizlə əməkdaşlığa marağını daha da artırır. Bununla yanaşı, külək və günəş enerjisi, yaşıl hidrogen və digər alternativ enerji layihələri gələcək əməkdaşlığın prioritet istiqamətləri kimi ön plana çıxır.
Paylaşımda qeyd olunub ki, Almaniyanın enerji keçidi və alternativ enerji mənbələrinin inkişafı sahəsində zəngin təcrübəsi, Azərbaycanın isə böyük bərpa olunan enerji potensialı iki ölkə arasında strateji əməkdaşlığın yeni məzmun qazanmasına şərait yaradır. Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” elan edilməsi də bu istiqamətdə yeni perspektivlər açır.
Ülviyyə Həmzəyeva siyasi müstəvidə regional sabitlik, Cənubi Qafqazda davamlı sülhün təmin olunması, nəqliyyat-kommunikasiya layihələri və Avropa ilə Asiya arasında əlaqələrin inkişafı istiqamətində dialoqun davam etdirilməsinin əhəmiyyətini də vurğulayıb.
Deputat bildirib ki, Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına səfəri çərçivəsində Kansler Fridrix Mertslə imzalanan “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə” münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcını ifadə edir. Onun fikrincə, bu sənəd siyasi dialoq, iqtisadiyyat, enerji, nəqliyyat, innovasiya, elm, təhsil və humanitar sahələrdə əməkdaşlığın daha sistemli və uzunmüddətli əsaslar üzərində qurulmasına xidmət edəcək.
Sonda Ülviyyə Həmzəyeva vurğulayıb ki, Prezident İlham Əliyevin Almaniyaya səfəri Azərbaycan–Almaniya münasibətlərinin yeni mərhələyə yüksəlməsinə və yeni layihələrin həyata keçirilməsinə əlavə impuls verəcək, iki ölkə arasında qarşılıqlı maraqlara əsaslanan strateji tərəfdaşlıq daha da möhkəmlənəcək.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət









