Bunu Sosdem.az-a iki ölkə arasındakı iqtisadi-siyasi perspektivləri və bunnun regional təsirlərini şərh edərkən Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat, Azərbaycan-Almaniya Federativ Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Razi Nurullayevdeyib.
“Avropanın Aparıcı Gücü İlə Əlaqələr…”
Millət vəkili Almaniyanın Avropadakı iqtisadi çəkisi ilə Azərbaycanın Cənubi Qafqazdakı strateji imkanlarının birləşməsinin mühüm dividendlər gətirəcəyini diqqətə çatdırıb:
“Almaniya Avropanın aparıcı iqtisadi və siyasi güclərindən biridir. Azərbaycan isə Cənubi Qafqazda mühüm geosiyasi mövqeyə, enerji və nəqliyyat imkanlarına malik dövlətdir. Münasibətlərin strateji gündəlik əsasında qurulması enerji təhlükəsizliyi, yaşıl enerji, ticarət, investisiya, sənaye, rəqəmsal transformasiya, nəqliyyat-logistika, təhsil və elm istiqamətlərində əməkdaşlığı genişləndirir. Münasibətlər epizodik formatdan çıxaraq institusional və uzunmüddətli modelə keçir. Bu isə qarşılıqlı etimadın gücləndiyini, dialoqun intensivləşəcəyini və birgə layihələrin artacağını göstərir”.
MCP başqanı bəyannamənin praktiki nəticələrinin ölkə iqtisadiyyatına verəcəyi töhfələri vurğulayıb:
“Bu bəyannamə Azərbaycanın Avropa ilə əlaqələrinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Almaniya ilə münasibətlərin dərinləşməsi ölkəmizin Avropa bazarlarına çıxış imkanlarını genişləndirə, yeni texnologiyaların, investisiyaların və innovativ təcrübələrin Azərbaycana cəlb olunmasına əlavə stimul verə bilər. Bu sənəd yalnız iki ölkə münasibətlərini dəyişmir, həm də regional sabitlik və iqtisadi tərəfdaşlıq üçün perspektivlər açır. İndi əsas məsələ imzalanmış sənədin praktik məzmunla doldurulması və konkret nəticələrin əldə edilməsidir”.




