backend

Anar Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti AK Partinin ŞKTC nümayəndəsi Emre Kaya ilə görüşüb

Milli Məclisin deputatı Anar Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Şimali Kipr Türk Cümhuriyyətinə səfəri çərçivəsində Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) ŞKTC-dəki nümayəndəsi Emre Kaya ilə görüş keçirib.

Qaynarxett.az xəbər verir ki, görüşdə Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti arasında qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, həmçinin siyasi və ictimai əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

Tərəflər Türk dünyasında həmrəyliyin gücləndirilməsinin vacibliyini vurğulayaraq, qarşılıqlı əməkdaşlığın gələcəkdə də müxtəlif istiqamətlər üzrə inkişaf etdirilməsinin əhəmiyyətini qeyd ediblər.

Görüş zamanı Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında münasibətlərin inkişaf perspektivləri, eləcə də ortaq dəyərlərə əsaslanan əməkdaşlığın genişləndirilməsi məsələləri də müzakirə olunub.

Sonda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb və əlaqələrin bundan sonra da davam etdirilməsi barədə razılıq ifadə olunub.