backend

Professor Vüqar Əhməd xəstəxanaya yerləşdirilib

Görkəmli ədəbiyyatşünas alim, professor, tanınmış şair Vüqar Əhməd artıq bir neçə gündür ki, səhhətində yaranan problemlərlə əlaqədar özəl klinikalardan birində müalicə alır.

Şairin səhhəti ilə maraqlanmaq üçün onunla telefon əlaqəsi saxladıq. Vüqar Əhməd bildirib ki, hazırda “Kəpəz” Klinikasında müalicə olunur.

“Səhhətimdə müəyyən problemlər var. Hazırda bir neçə xəstəliklə bağlı müalicə alıram. Klinikanın rəhbərliyindən və tibbi personalından çox razıyam. Burada peşəkar kollektiv çalışır və səhhətimin yaxşılaşması üçün əllərindən gələni edirlər”, – deyə şair bildirib.

Vüqar müəllimə tezliklə tam sağalaraq sağlamlığına qovuşmasını arzulayır, Uca Allahdan ona şəfa diləyirik.

Təbriz