AZCON Holding şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) bərələri ilə 2026-cı ilin ilk yarısında 13 219 nəfər sərnişin daşınıb.
ASCO-dan verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,41% çoxdur. Belə ki, 2025-ci ilin ilk altı ayında bərələrlə 12 783 nəfər sərnişin daşınıb.
Bildirilib ki, hesabat dövründə ən yüksək sərnişin daşınması iyun ayında qeydə alınıb. Həmin ay ASCO-nun bərələri ilə 2 944 nəfər sərnişin daşınıb ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 25,6% artım deməkdir.
Yanvar–iyun aylarında Ələt–Kurık və Kurık–Ələt marşrutları üzrə ümumilikdə 8 497 nəfər sərnişin daşınıb. Onlardan 4 658 nəfəri Ələt–Kurık, 3 839 nəfəri isə Kurık–Ələt istiqamətində səfər edib.
Eyni dövrdə Ələt–Türkmənbaşı və Türkmənbaşı–Ələt marşrutları üzrə 4 722 nəfər sərnişin daşınıb. Bu marşrut üzrə sərnişinlərin 2 692 nəfəri Ələt–Türkmənbaşı, 2 030 nəfəri isə Türkmənbaşı–Ələt istiqamətində səyahət edib.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Iqtisadiyyat
gundem / Sosial
gundem / Iqtisadiyyat
gundem / Sosial








