“Ümummilli Lider Heydər Əliyev əbəs yerə deməmişdir ki, "xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçmiş, ancaq öz mənliyini, milliliyini, öz dilini itirməmişdir". Bəli, ana dilimiz tarix boyunca müxtəlif təzyiqlərlə üzləşmiş, istər Çar Rusiyası, istərsə də sovetlərin zamanında dilimizin unudulması, onun tarixin arxivinə atılması istiqamətində bir çox cəhdlər edilmişdi. Lakin Ulu Öndərin dediyi kimi xalqımız öz dilini itirməmişdir”.
Milli Məclisin deputatı İlham Məmmədov 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı fikirlərini bölüşərkən deyib. Millət vəkili deyib ki, Azərbaycan dilinin qorunması, bugünkü səviyyədə inkişaf etdirilməsində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olub. İlham Məmmədov qeyd edib ki, Heydər Əliyev hələ sovetlərin zamanında həm respublikaya rəhbərlik etdiyi illərdə, həm də Mərkəzi Komitədə çalışdığı dövrdə Azərbaycan dilinin qorunması, onun xalqın yaddaşından uzaqlaşdırılmaması, gənc nəslin dilimizə sevgi və sayğı ilə yanaşması üçün həmin illərdə kifayət qədər riskli olan və cəsarət tələb edən addımlar atıb:
"1978-ci ildə Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi mühüm tarixi hadisə idi. O dövrdə sovet məkanında bu məsələnin gündəmə gətirilməsi böyük siyasi iradə tələb edirdi. Məhz Heydər Əliyevin qətiyyətli mövqeyi nəticəsində Azərbaycan dili dövlət dili statusunu qoruyub saxladı”.
Millət vəkili diqqətə çatdırıb ki, müstəqillik dövründə Azərbaycan dilinin dövlət dili kimi mövqeyinin daha da möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı:
“Bu siyasətin əsasını ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi tədbirlər təşkil edir. 1995-ci il Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edildi ki, bu da məhz Ulu Öndərin adı ilə bağlıdır. Onun imzaladığı 9 avqust 2001-ci il tarixli fərmana əsasən, hər il 1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Bu əlamətdar gün ana dilimizin inkişafına verilən yüksək dövlət qayğısının və milli-mənəvi dəyərlərimizə göstərilən hörmətin bariz nümunəsidir”.
Deputat qeyd edib ki, Heydər Əliyev Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsini dövlət siyasətinin əsas istiqamətlərindən biri hesab edirdi:
“Ulu Öndər hər zaman bildirirdi ki, ana dilini qorumaq xalqın milli varlığını qorumaq deməkdir. Onun rəhbərliyi dövründə dil siyasəti sistemli şəkildə həyata keçirilmiş, Azərbaycan dilinin nüfuzu həm ölkə daxilində, həm də beynəlxalq aləmdə yüksəlmişdir”.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət











