Vergi Məcəlləsinə edilən dəyişikliklər sahibkarlığın inkişafı baxımından mühüm addımlardan biridir.
Bunu AZƏRTAC-a açıqlamasında deputat Vüqar Bayramov deyib.
Deputat bildirib ki, dəyişikliklərə əsasən, sahibkarlar 2027-ci il yanvarın 1-dən etibarən ƏDV depozit hesabındakı vəsaitlərdən sosial ödənişlərin həyata keçirilməsi üçün istifadə edə biləcəklər: “Hazırda ƏDV depozit hesabları fəaliyyət göstərsə də, sahibkarlar həmin hesabdakı vəsaitdən sosial ödənişlərin həyata keçirilməsi üçün istifadə edə bilmirdilər. Bu səbəbdən bəzi hallarda onların sosial ödənişlər üzrə borcu yaranır, həmin borcları ödəmək üçün isə digər mənbələrdən vəsait cəlb etməyə məcbur qalırdılar. Halbuki ƏDV depozit hesablarında kifayət qədər vəsait mövcud olurdu”.
“Yeni qaydalar qüvvəyə mindikdən sonra ƏDV depozit hesabındakı vəsaitin sosial ödənişlərə yönəldilməsi mümkün olacaq. Bu isə sahibkarlara həmin vəsaitdən istifadə etməklə sosial öhdəliklərini yerinə yetirmək imkanı yaradacaq. Bu dəyişiklik sahibkarların maliyyə vəsaitlərindən daha səmərəli istifadə etməsinə, dövriyyə vəsaitinin qorunmasına və biznes fəaliyyətinin genişləndirilməsinə müsbət təsir göstərəcək. Bu baxımdan yeni qaydalar sahibkarlığın dəstəklənməsi və biznes subyektlərinin maliyyə imkanlarının artırılması istiqamətində atılmış mühüm addımlardan biri hesab oluna bilər”, - V.Bayramov qeyd edib.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
gundem / Siyasət
Siyasət
Sosial











