backend

Deputat Günay Ağamalı Sarvan kəndində növbəti vətəndaş qəbulu keçirdi

Milli Məclisin deputatı Günay Ağamalı 4 iyul 2026-cı il tarixində Salyan rayonunun Sarvan kəndində yerləşən İsfəndiyar Həsənov adına tam orta məktəbdə növbəti vətəndaş qəbulu keçirib.

Qəbul zamanı vətəndaşlar onları narahat edən məsələlər, təklif və müraciətlərini millət vəkilinin diqqətinə çatdırıblar. Günay Ağamalı hər bir müraciəti diqqətlə dinləyərək qaldırılan məsələlər üzrə qanunvericiliyin tələbləri və mövcud hüquqi mexanizmlər barədə ətraflı izahat verib.
Görüş zamanı səsləndirilən müraciətlərin nəzarətə götürüldüyü, həlli istiqamətində aidiyyəti dövlət qurumları ilə birgə zəruri tədbirlərin görüləcəyi və məsələlərin qanunvericiliyə uyğun şəkildə araşdırılacağı vətəndaşların diqqətinə çatdırılıb.
Deputat vətəndaş qəbullarının insanların problemlərinin öyrənilməsi, operativ həlli və dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.