Milli Məclisin deputatı Razi Nurullayev Cezayir Krallığının Azərbaycandakı səfiri Adil Embarchın ev sahibliyi ilə təşkil olunan 27-ci Krallıq Günü münasibətilə keçirilən rəsmi qəbulda iştirak edib.
Deputat tədbirlə bağlı paylaşımında Cezayir Krallığı Günü münasibətilə təşkil olunan mərasimdə iştirak etməyin onun üçün şərəf olduğunu bildirib. O, Kral VI Məhəmmədə, Cezayir hökumətinə və dost Cezayir xalqına bu əlamətdar milli bayram münasibətilə səmimi təbriklərini çatdırıb.
Razi Nurullayev Cezayir Krallığına sülh, sabitlik, rifah və davamlı uğurlar arzulayaraq, Azərbaycan ilə Cezayir arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Deputat paylaşımının sonunda Cezayir xalqını Krallıq Günü münasibətilə bir daha təbrik edib.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
Siyasət
Siyasət





