Prezident İlham Əliyevin 31 iyul 2026-cı ildə Qırğızıstana dövlət səfəri çərçivəsində mətbuata verdiyi bəyanatda xüsusi vurğuladığı məqamlardan biri Ağdam rayonunda inşa edilmiş "Manas" məktəbi oldu. İlk baxışdan bu, humanitar əməkdaşlıq çərçivəsində həyata keçirilən növbəti layihə kimi görünə bilər. Lakin məsələyə daha dərindən yanaşdıqda aydın olur ki, bu məktəb təkcə təhsil müəssisəsi deyil. O, Türk dünyasının həmrəyliyini, Azərbaycan ilə Qırğızıstan arasında möhkəmlənən strateji müttəfiqliyi və Qarabağın dirçəlişinə verilən mənəvi dəstəyi ifadə edən mühüm siyasi və ideoloji simvoldur.
Prezident İlham Əliyevin "Biz Qarabağın bərpasına göstərilən köməyə görə daim minnətdarlığımızı ifadə edirik" fikri diplomatik etiket çərçivəsində deyilən təşəkkür sözündən daha dərin məna daşıyır. Bu ifadə Azərbaycanın dostluğa və qardaşlığa verdiyi dəyərin, beynəlxalq münasibətlərdə etibarlı tərəfdaşlıq prinsipinə sadiqliyinin növbəti təzahürüdür.
44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra Azərbaycan Qarabağın bərpası və Böyük Qayıdış proqramını uğurla həyata keçirir. Bu gün bölgədə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları tətbiq olunur, beynəlxalq standartlara uyğun yollar, hava limanları, sənaye parkları, xəstəxanalar və məktəblər tikilir. Qarabağ təkcə yenidən qurulmur, burada müasir iqtisadi və sosial model formalaşdırılır.
Belə bir mərhələdə qardaş Qırğızıstanın Ağdamda "Manas" məktəbi inşa etməsi xüsusi siyasi və mənəvi məna daşıyır. Çünki məktəb gələcəyin formalaşdığı məkandır. Qarabağın sabahı bu gün burada təhsil alacaq uşaqların bilik və dünyagörüşü üzərində qurulacaq. Bu layihə göstərir ki, Türk dünyası Azərbaycanın Zəfərini ortaq qələbə, Qarabağın bərpasını isə ümumi məsuliyyət kimi qəbul edir.
Qırğız xalqının minillik tarixini yaşadan "Manas" dastanı bütün türk xalqlarının qəhrəmanlıq ruhunu, dövlətçilik ənənələrini, vətən sevgisini və milli kimliyini əks etdirən mənəvi xəzinədir. Buna görə də məktəbə "Manas" adının verilməsi təsadüfi deyil. Bu addım Qarabağın təkcə fiziki deyil, mənəvi baxımdan da dirçəldiyini göstərir. İşğal illərində məhv edilməyə çalışılan mədəni irsin yerində bu gün Türk dünyasının ortaq dəyərlərini yaşadan müasir təhsil ocağı fəaliyyət göstərir.
Bu məktəbdə təhsil alacaq uşaqlar yalnız müxtəlif fənlər üzrə bilik əldə etməyəcək, eyni zamanda ortaq köklərin, qardaş xalqların həmrəyliyinin və Türk dünyasının vahid mədəni məkanının mahiyyətini mənimsəyəcəklər.
Azərbaycan da hər zaman Qırğız xalqının milli-mədəni irsinə böyük hörmətlə yanaşıb. Prezident İlham Əliyev və Prezident Sadır Japarovun Bakıda Çingiz Aytmatovun abidəsinin və adını daşıyan parkın açılışında iştirak etmələri, Bişkekdə Azərbaycan–Qırğızıstan Dostluq Parkının yaradılması, qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi bunu təsdiqləyir. Bu münasibətlər siyasi maraqlarla məhdudlaşmır, onların təməlində ortaq tarix, mədəniyyət və qarşılıqlı ehtiram dayanır.
Son illər Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin əsas istiqamətlərindən biri Türk dövlətləri arasında əməkdaşlığın dərinləşdirilməsidir. Azərbaycan Türk Dövlətləri Təşkilatının ən fəal üzvlərindən biri kimi enerji, nəqliyyat, logistika, rəqəmsallaşma, təhsil və humanitar əməkdaşlıq sahələrində mühüm təşəbbüslərlə çıxış edir. Qarabağın bərpası da bu siyasətin mühüm tərkib hissəsinə çevrilib.
Ağdamdakı "Manas" məktəbi göstərir ki, Türk dünyasının inteqrasiyası artıq yalnız siyasi bəyanatlarla məhdudlaşmır. Bu birlik konkret layihələrdə, insanların gündəlik həyatında və gələcək nəsillərin təhsilində real ifadəsini tapır.
Bir vaxtlar "Qafqazın Xirosiması" adlandırılan Ağdam bu gün müasir şəhərə çevrilir. Dağıdılmış küçələrin yerini geniş prospektlər, xarabalıqların yerini yaşayış kompleksləri, parklar, məktəblər və mədəniyyət ocaqları tutur. Bu dəyişiklik Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramının real nəticəsidir.
Müasir beynəlxalq münasibətlərdə humanitar diplomatiya dövlətlərin yumşaq güc siyasətinin əsas istiqamətlərindən biridir. Ağdamdakı "Manas" məktəbi də Azərbaycan–Qırğızıstan münasibətlərində humanitar diplomatiyanın uğurlu nümunəsidir. Bu layihə sübut edir ki, dövlətlər arasında dostluğun ən möhkəm təməli insan kapitalına qoyulan sərmayədir.
Prezident İlham Əliyevin Qırğızıstanda verdiyi bəyanat bir daha göstərdi ki, Qarabağ artıq münaqişə məkanı deyil, əməkdaşlıq və inkişaf məkanına çevrilib. Dost və qardaş ölkələrin burada həyata keçirdiyi layihələr Azərbaycanın yaratdığı yeni regional reallığın mühüm göstəricisidir.
Ağdamdakı "Manas" məktəbi gələcək nəsillərə ünvanlanan mühüm mesajdır. Bu mesajın əsasında ortaq tarixə malik xalqların birlikdə daha güclü olduğu, qarşılıqlı etimad və həmrəyliyin regionun sabitliyi və inkişafının əsas təminatı olduğu dayanır. Prezident İlham Əliyevin bu məktəbi xüsusi vurğulaması da Azərbaycanın xarici siyasətində mənəvi bağların möhkəmləndirilməsinə verilən önəmin ifadəsidir.
Beləliklə, "Manas" məktəbi təkcə müasir təhsil müəssisəsi deyil. O, Qarabağın dirçəliş salnaməsinin ayrılmaz hissəsi, Azərbaycan–Qırğızıstan dostluğunun rəmzi və Türk dünyasının birliyini təcəssüm etdirən mühüm mənəvi abidədir. Burada yetişəcək hər bir şagird yalnız bilik deyil, həm də qardaşlıq, həmrəylik və ortaq gələcək ideyasını mənimsəyəcək.

Jalə Əliyeva
Milli Məclisin deputatı
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət