Milli Məclisin deputatı Razi Nurullayev kəndlərin inkişafı, kənd sakinlərinin sosial rifahının yüksəldilməsi və regionlarda yaşayış imkanlarının genişləndirilməsi ilə bağlı təkliflər irəli sürüb.
Deputat bildirib ki, bu gün kəndlərdə iş imkanları məhduddur, sosial-mədəni mühit isə şəhərlərlə müqayisədə daha zəifdir. Onun sözlərinə görə, kənd sakini yalnız öz yaşayışını deyil, eyni zamanda ölkənin ərzaq təhlükəsizliyini təmin edən mühüm qüvvədir.
Razi Nurullayev qeyd edib ki, kəndlərdə daimi yaşayan ailələrə dövlət tərəfindən əlavə dəstək mexanizmləri tətbiq olunmalıdır:
“Kənd sakini ölkənin ərzaq təhlükəsizliyinə töhfə verir, şəhərlərin ekoloji yükünün azalmasına xidmət edir. Buna görə də kənddə yaşayan və çalışan insanlar xüsusi diqqət və dəstəklə əhatə olunmalıdır”.
Deputat təklif edib ki, kəndlərdə daimi yaşayan ailələr üçün kommunal xərclərdə güzəştlər nəzərdən keçirilsin, gənclərin kəndlərdə məskunlaşması üçün isə güzəştli ipoteka imkanları və biznes qrantları yaradılsın.
Onun fikrincə, kəndlərin inkişafı üçün yeni sosial və iqtisadi stimulların yaradılması həm regionların canlanmasına, həm də gənclərin doğma kəndlərdə qalmasına mühüm təsir göstərə bilər.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət


