backend

Azər Allahverənov: QHT sektorunda rəqəmsal platformalardan istifadəyə sistemli yanaşma lazımdır

QHT sektorunda rəqəmsal platformalardan istifadəyə sistemli yanaşma lazımdır.

Qaynarxett.az xəbər verir ki, bunu Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, Türk Dövlətlərinə üzv ölkələrin QHT-lərinin Platformasının Baş Katibi Azər Allahverənov "QHT sektorunda rəqəmsallaşma və innovasiyalar" mövzusunda tematik sessiyada deyib.

Onun sözlərinə görə, QHT sektoru müxtəlif rəqəmsal alətlərdən geniş istifadəyə malikdir:

"Hazırda bu sektorda süni intellekt elementlərindən istifadə olunur. Hətta layihələrin hazırlanmasında da bəzi süni intellekt proqramları köməyə çatır. Lakin burda önəmli məqam həmin alətlərdən kömək məqsədi ilə istifadə etməkdir. Hansısa layihəni tamamilə süni intellektin ixtiyarına vermək olmaz".

Deputat əlavə edib ki, QHT sektorunda hansı rəqəmsal platformalardan daha səmərəli istifadə oluna biləcəyini araşdırmaq lazımdır:

"Bununla bağlı sistemli yanaşma lazımdır. Ayrı-ayrı platformaları nəzərdən keçirib ortaya uğurlu fəaliyyət modeli qoymaq olar".(report)