Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfəri və səfər çərçivəsində keçirilən yüksəksəviyyəli görüşlər Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin iqtisadi müstəvidə daha da dərinləşdirilməsi üçün mühüm zəmin formalaşdırır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində türk dövlətləri arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə yüksəlib. Onun sözlərinə görə, Qırğızıstana dövlət səfəri bu prosesin davamı olmaqla yanaşı, iqtisadi inteqrasiyanın genişləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.
A.Hüseynov vurğulayıb ki, Azərbaycan və Qırğızıstan arasında ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi, sənaye, kənd təsərrüfatı, nəqliyyat-logistika, energetika, rəqəmsal iqtisadiyyat və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi üçün geniş potensial mövcuddur. Bu istiqamətdə imzalanan sənədlər və əldə olunan razılaşmalar iqtisadi əlaqələrin daha da inkişafına xidmət edəcək.
Deputatın sözlərinə görə, Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan beynəlxalq nəqliyyat və logistika layihələri türk dövlətləri arasında iqtisadi əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır. Xüsusilə Orta Dəhlizin artan əhəmiyyəti Azərbaycanı Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tranzit və ticarət körpüsünə çevirib. Bu isə Qırğızıstan da daxil olmaqla türk dövlətlərinin dünya bazarlarına çıxış imkanlarını genişləndirir.
Aydın Hüseynov bildirib ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üzv ölkələrin dayanıqlı inkişafına mühüm töhfə verir. Onun fikrincə, vahid iqtisadi məkanın formalaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi, nəqliyyat əlaqələrinin inkişafı və birgə investisiya layihələrinin həyata keçirilməsi Türk dünyasının iqtisadi gücünü daha da artıracaq.
Deputat əlavə edib ki, Azərbaycan bu prosesdə təşəbbüskar ölkələrdən biri kimi çıxış edir və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində türk dövlətləri arasında qarşılıqlı faydalı tərəfdaşlıq daha da möhkəmlənir. Bu əməkdaşlıq yalnız iqtisadi göstəricilərin artmasına deyil, həm də regionda sabitliyin, rifahın və davamlı inkişafın təmin olunmasına xidmət edir.
A.Hüseynov vurğulayıb ki, Prezident İlham Əliyevin Qırğızıstana səfəri Azərbaycan–Qırğızıstan münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirməklə yanaşı, bütövlükdə türk dövlətləri arasında iqtisadi inteqrasiyanın sürətlənməsinə və ortaq layihələrin sayının artmasına güclü təkan verəcək.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət






