Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin son illərdə əldə etdiyi inkişaf dinamikası iki ölkə arasında əlaqələrin yeni siyasi mərhələyə keçdiyini göstərir. Müttəfiqlik münasibətlərinin formalaşması dövlətlərarası əlaqələrdə, sadəcə, diplomatik yaxınlıq deyil, qarşılıqlı məsuliyyət, etimad və uzunmüddətli strateji maraqlar əsasında qurulan əməkdaşlıq modelinin göstəricisidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nurlan Həsənov söyləyib.
O bildirib ki, müttəfiqlik statusu Azərbaycan və Qırğızıstanın beynəlxalq və regional məsələlərdə daha sıx koordinasiya etməsinə imkan yaradır. İki ölkə beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin mövqeyini dəstəkləyir, suverenlik, ərazi bütövlüyü və milli maraqların qorunması məsələlərində həmrəylik nümayiş etdirir. Bu yanaşma qarşılıqlı siyasi etimadın möhkəmləndiyini və tərəflərin gələcək çağırışlara birgə cavab vermək niyyətində olduğunu göstərir.
“Azərbaycan–Qırğızıstan müttəfiqliyinin mühüm istiqamətlərindən biri iqtisadi əməkdaşlığın dərinləşdirilməsidir. Siyasi münasibətlərin yüksək səviyyəsi investisiya, ticarət, nəqliyyat və enerji sahələrində yeni layihələrin həyata keçirilməsi üçün əlverişli zəmin yaradır. Azərbaycan–Qırğız İnvestisiya Fondunun imkanlarının genişləndirilməsi də məhz bu strateji əməkdaşlığın iqtisadi dayaqlarının gücləndirilməsinə xidmət edir. Müttəfiqlik münasibətləri regional əməkdaşlıq baxımından da mühüm əhəmiyyət daşıyır. Azərbaycan və Qırğızıstan Türk dünyasının inteqrasiyasının gücləndirilməsi, nəqliyyat əlaqələrinin genişləndirilməsi, Orta Dəhlizin inkişafı və iqtisadi əlaqələrin artırılması istiqamətində ortaq mövqedən çıxış edir. Bu əməkdaşlıq təkcə ikitərəfli münasibətlərin inkişafına deyil, bütövlükdə regionda yeni imkanların yaranmasına şərait yaradır”, - deyə N.Həsənov əlavə edib.
Deputatın əlavə edib ki, humanitar sahə də müttəfiqliyin mühüm tərkib hissəsidir. Tarixi, mədəni və mənəvi yaxınlıq iki xalq arasında əlaqələrin möhkəm əsasını təşkil edir. Təhsil, mədəniyyət, elm və digər sahələrdə həyata keçirilən birgə layihələr xalqlar arasında dostluq münasibətlərinin daha da dərinləşməsinə xidmət edir. Qırğızıstanın Qarabağın bərpasına verdiyi dəstək isə müttəfiqlik münasibətlərinin konkret nümunələrindən biridir. Ağdamda "Manas" məktəbinin inşası iki ölkə arasında həmrəyliyin və qarşılıqlı dəstəyin praktik ifadəsi kimi qiymətləndirilir. Bu cür layihələr Türk dövlətləri arasında birlik və əməkdaşlıq ideyasının real nəticələrini nümayiş etdirir. Azərbaycan–Qırğızıstan müttəfiqliyi yalnız siyasi sənədlərlə ifadə olunan münasibət deyil, qarşılıqlı inama, ortaq dəyərlərə və gələcəyə yönəlmiş strateji baxışa əsaslanan əməkdaşlıq formatıdır. Bu münasibətlər həm iki ölkənin milli maraqlarına, həm də Türk dünyasında birlik və inteqrasiya proseslərinin daha da güclənməsinə xidmət edir.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət






