Avqustun 8-i Azərbaycanın müasir diplomatiya salnaməsinə, eləcə də Cənubi Qafqazın yeni geostrateji arxitekturasına qızıl hərflərlə yazılmış tarixi dönüş nöqtələrindən biridir.
Bunu AZƏRTAC-a açıqlamasında Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri və Vaşinqtonda Ermənistanla sülh istiqamətində əldə olunan razılaşmalar regionda onilliklər boyu davam edən mürəkkəb qarşıdurmanın aradan qaldırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, bu proses Cənubi Qafqazın gərginlik məkanı olmaqdan çıxaraq, sülh, sabitlik və regional əməkdaşlıq platformasına çevrilməsi üçün yeni imkanlar yaradıb.
Ə.Ələkbərli vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam bərpa olunub.
Deputat bildirib ki, Azərbaycan müharibədən sonra da sülh gündəliyini ön plana çıxarıb və dövlətlərin suverenliyi, ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat-kommunikasiya xətlərinin açılması, eləcə də əməkdaşlığın inkişafı kimi prinsipləri əsas götürüb.
“Vaşinqtonda əldə olunan razılaşmalar Azərbaycan və Ermənistan arasında uzun illər davam edən qarşıdurmanın aradan qaldırılması istiqamətində mühüm addım oldu. Bu proses regionda yeni təhlükəsizlik və əməkdaşlıq mühitinin formalaşmasına xidmət edir”, - deyə Əziz Ələkbərli qeyd edib.
Deputat əlavə edib ki, regionun nəqliyyat və logistika imkanlarının genişlənməsi, yeni iqtisadi layihələrin həyata keçirilməsi Cənubi Qafqazın beynəlxalq əhəmiyyətini daha da artıracaq.
“Prezident İlham Əliyevin siyasi iradəsi və diplomatik fəaliyyəti nəticəsində Azərbaycan təkcə hərbi Zəfər qazanan deyil, eyni zamanda regionda sülh gündəliyini müəyyən edən dövlətə çevrilib. 8 avqust tarixi Azərbaycanın diplomatik uğurlar salnaməsində mühüm hadisə kimi yadda qalacaq”, - deyə Ə.Ələkbərli vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət





