8 avqust 2025-ci ildə Vaşinqtonda keçirilən tarixi görüşdən sonra regionda kommunikasiyaların bərpa edilməsi, o cümlədən Zəngəzur dəhlizi və TRİP layihəsinin reallaşdırılması əsas prioritetlərdən birinə çevrilib. Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz keçidin bərpası və TRİP layihəsinin reallaşdırılması istiqamətində danışıqların intensivləşməsi fonunda Zəngəzur dəhlizinin Azərbaycan hissəsində həyata keçirilən infrastruktur layihələri də diqqət çəkir.
Bu fikirləri Qaynarxett.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat bildirib ki, bir il öncə imzalanmış anlaşmada Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz keçidin bərpa edilməsi və TRİP layihəsinin reallaşdırılması əsas məsələlərdən biri olub.
Onun sözlərinə görə, buna uyğun olaraq artıq praktiki olaraq TRİP-in reallaşması ilə bağlı danışıqların intensivləşməsini müşahidə edirik. Daha öncədən isə Zəngəzur dəhlizinin Azərbaycan hissəsinin inşası ilə bağlı Azərbaycan tərəfi tərəfindən intensiv fəaliyyət həyata keçirilirdi.
“Son məlumatlar göstərir ki, artıq praktiki olaraq Zəngəzur dəhlizinin Azərbaycan hissəsi tamamlanmaq üzrədir. Avtomobil yolu tamamlanır, Horadiz-Ağbənd dəmir yolu xəttinin də yaxın zamanda inşasının başa çatacağı gözlənilir. Təbii ki, bütün bunlar TRİP-in, bütövlükdə Zəngəzur dəhlizinin reallaşması üçün yeni imkanlar deməkdir”.
Vüqar Bayramov qeyd edib ki, Zəngəzur dəhlizi və TRİP yalnız region üçün deyil, bütövlükdə daha geniş anlamda Qərb və Şərq üçün vacib dəhliz və layihələrdən birinə çevriləcək.
Deputatın sözlərinə görə, TRİP layihəsi həm də Orta Dəhlizə inteqrasiya olunacaq.
“Eyni zamanda TRİP layihəsi Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya olunduqca, bu, Avropadan Asiyaya, Şərqdən Qərbə daşınan yüklər üçün geniş bir bağlılıq yaradacaq”.
Deputat bildirib ki, gözləntilər Avropa ilə Asiya arasında bütövlükdə ticarət həcminin yaxın illərdə əlavə olaraq 200 milyard manat artacağı istiqamətindədir. Bunun təxminən 20 faizinin məhz region üzrə daşınmasının gözlənildiyini deyən Vüqar Bayramov bunun region üçün böyük gəlir demək olduğunu vurğulayıb.
Onun sözlərinə görə, bütün qiymətləndirmələrə əsasən, Zəngəzur dəhlizi Azərbaycanın beynəlxalq yükdaşımalarından əldə etdiyi gəliri 3 milyard dollar artıra bilər.
Deputat qeyd edib ki, TRİP layihəsinin reallaşması bütövlükdə 6 min yeni iş yerinin yaradılması anlamına gələcək.
“O baxımdan təbii ki, layihə bütövlükdə region üçün vacib layihələrdən biridir”.
Vüqar Bayramov layihənin reallaşması ilə bağlı qeyd olunan zaman çərçivələrinin fərqli olduğunu bildirib. Onun sözlərinə görə, bütövlükdə layihənin 2028-2030-cu illər arasında reallaşması ilə bağlı proqnozlar var.
Deputat vurğulayıb ki, Azərbaycan Zəngəzur dəhlizi və TRİP layihəsinin reallaşdırılması ilə bağlı addımlar atır.
“Azərbaycan həm infrastrukturun genişləndirilməsi, digər tərəfdən elektron xidmətlərdən istifadə olunması istiqamətində addımlar atır. Bütövlükdə regionda reallaşacaq yeni layihələrin, o cümlədən dəhlizlərin səmərəli işləməsinə ciddi bir dəstək olacaq”.
Vüqar Bayramov hesab edir ki, bütün bunlar Azərbaycanın geosiyasi və geoiqtisadi mövqeyinin daha da güclənməsinə imkan verəcək.
Deputatın sözlərinə görə, kommunikasiyaların bərpa olunması həm Azərbaycan, həm də Ermənistan üçün əlavə gəlir mənbələrinin formalaşması və dövlət gəlirlərinin artması anlamına gəlir.
“Bu, praktiki olaraq hər iki ölkə üçün idxal və ixrac baxımından yeni imkanlar deməkdir. Təbii ki, bu, yalnız Azərbaycan və Ermənistan deyil, həm də qonşu ölkələrin TRİP layihəsindən faydalana bilməsi deməkdir”.
Deputat bildirib ki, Zəngəzur dəhlizi Orta Dəhlizə inteqrasiya olunduğu üçün qonşu dövlətlər, eyni zamanda daha geniş anlamda Avropa İttifaqı və Asiyanın aparıcı ölkələri Zəngəzur dəhlizi vasitəsilə öz mallarını yeni bazarlara çıxarmaq imkanı əldə edə biləcəklər.
“Bu da təbii ki, layihənin iqtisadi əhəmiyyətinin kifayət qədər yüksək olacağından xəbər verir deyə deputat əlavə edib”.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət
Siyasət
gundem / Sosial







