backend

Vüqar Bayramov seçicilərlə görüş keçirdi - Foto

Milli Məclisin deputatı Vüqar Bayramov növbəti vətəndaş qəbulunu Bakı şəhərində qəbul üçün müraciət edən sakinlərlə keçirib.

Qaynarxett.az xəbər verir ki, görüş zamanı vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib, bir sıra müraciətlər üzrə müvafiq qərarlar qəbul edilib.
Qəbul zamanı əsasən məşğulluq, mənzil təminatı, pensiya təyinatı, işə bərpa, kredit borcları, sosial təminat və digər məsələlərlə bağlı problemlər diqqətə çatdırılıb.
Deputat bildirib ki, aidiyyəti dövlət qurumlarının müdaxiləsi və dəstəyi tələb olunan məsələlərlə bağlı rəsmi deputat sorğuları göndəriləcək.
Vüqar Bayramov növbəti görüşlərdə iştirak etmək istəyən vətəndaşların əvvəlcədən qeydiyyatdan keçə biləcəyini də bildirib.
Qəbula yazılmaq üçün deputatın köməkçisi Eltun Ağakişiyev ilə 050 226 80 02 nömrəsi vasitəsilə əlaqə saxlamaq mümkündür.