Qaynarxett.az xəbər verir ki, görüş zamanı kənd sakinlərinin fikir və təklifləri, onları narahat edən məsələlər və müxtəlif problemlərlə bağlı müraciətləri dinlənilib.
Səsləndirilən müraciətlər diqqətlə qeydə alınıb, səlahiyyət çərçivəsində yerində cavablandırılması mümkün olan məsələlərə izahat verilib. Digər müraciətlərin həlli istiqamətində isə aidiyyəti dövlət qurumları qarşısında məsələlərin qaldırılacağı bildirilib.
Deputat qeyd edib ki, vətəndaşların problemlərini birbaşa dinləmək və onların həlli istiqamətində ardıcıl addımlar atmaq dövlət-vətəndaş münasibətlərində qarşılıqlı etimadın daha da möhkəmlənməsinə xidmət edir.
Fatma Yıldırım sakinlərin səmimi münasibətinə və fəal iştirakına görə təşəkkür edib, Türkmən kəndinə inkişaf, ailələrə isə sağlamlıq, rifah və bərəkət arzulayıb.
Növbəti vətəndaş qəbulunda iştirak etmək istəyən sakinlər 055 420 80 40 və 020 205 00 95 nömrələri ilə əlaqə saxlaya bilərlər.







