backend

Sərkisyanın Xankəndi səfəri - MÜHARİBƏ QAPIMIZDA!!!

Sərkisyanın Xankəndi səfəri - MÜHARİBƏ QAPIMIZDA!!!

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü yubanır

Politika.Az-ın Analitik Mərkəzi xəbər verir ki, Dağlıq Qarabağ danışıqlarındakı hərəkətlilik yenidən passiv fazaya qədəm qoyub.

Prezidentlərin görüşü haqda hər hansı bilgi verilmir və nə zaman olacağı da açıqlanmır. Bu gecikmənin baş verdiyi əsnada Sərkisyan Dağlıq Qarabağın “müstəqilliyinin 25 illliyini” qeyd etmək üçün Xankəndiyə gəlib.

Sərkisyan Şuşada hansısa yataqxana kompleksinin açılışında iştirak edib. Bu jestlə rəsmi İrəvan müharibənin qaçılmaz olduğuna işarə verir. Çünki Serjin səfəri sülh danışıqlarına daban-dabana ziddir.

Eyni zamanda bu səfər prezidentlərin görüşünün ləngiməsinin səbəblərini izah edir. İrəvan danışıqlardan qaçır və status-kvonun saxlanmasına can atır. Həmçinin, həmsədrlər arasında müəyyən anlaşmazlıq yaşanır.

Rusiya da Qarabağ məsələsində Ermənistanı sıxışdıra bilmir. Əgər Rusiya Ermənistanı sıxışdırsa, onlar alternativ güc mərkəzlərinə doğru meyllənəcəklər.

O güc mərkəzləri isə ABŞ və NATO-dur. Ayrıca, Ermənistanı sıxmaq Rusiyanın işinə yaramır, əksinə Ermənistanın bugünkü dirənişi Moskvanın xeyrinədir. Şimal qonşumuz Azərbaycana göstərmək istəyir ki, bax, Qarabağ münaqişəsinin həlli nə qədər çətin prosesdir.
Sərkisyanın Xankəndi səfəri - MÜHARİBƏ QAPIMIZDA!!!
Politoloq Natiq Miri hesab edir ki, Azərbaycan Rusiyanın orbitinə girməsi və rus qoşunlarının Qarabağa gəlməsi şərti ilə problemin həllinə razılıq versə, ABŞ münaqişənin həllinə əngəl yaradacaq:

“Bu gün Ermənistanda baş verən antirusiya xarakterli prosesləri də bu kontekstdə dəyərləndirmək lazımdır. Qarabağ məsələsi artıq regional münaqişədən çıxıb və qlobal konfliktə çevrilib.
Ola bilsin, sentyabr, oktyabr aylarında Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində görüş baş tutsun. Bu zaman prezidentlərin növbəti görüşünün vaxtı və yeri müəyyənləşə bilər. Əgər münaqişəni uzatmaq istəyirlərsə, bu, cəbhə xəttində yenidən gərginliyin yaranmasına rəvac verəcək”.