backend

Prezident Badamdar Bәlәdiyyә sәdri və Qəsəbə nümayəndəsini özbaşınalıqlarına görə cəzalandıracaq

Prezident Badamdar Bәlәdiyyә sәdri və Qəsəbə nümayəndəsini özbaşınalıqlarına görə cəzalandıracaq

Badamdarda böyük torpaq maxınasiyası

Bәlәdiyyә sәdri və Qəsəbə nümayəndəsini himayә edәn qüvvәlәr kimlәrdir?

Mәmur özbaşınalığı, korrupsiya vә rüşvәtxorluq demәk olar ki, Azәrbaycanda bütün sahәlәrdә dәrin kök salıb. Bu barәdә dәfәlәrlә әn üst sәviyyәdә ­prezident tәrәfindәn mübarizәyә start verilsә dә, hәlә ki, bir çoxları öz çirkin әmәllәrini davam etdirmәkdәdirlәr. Sahib olduğu kürsünü şәxsi qazanc mәnbәyinә çevirәn belә mәmurlar qanunları tapdalamaqla, öz әtrafında qruplaşma yaratmaqla dövlәt vәsaitini mәnimsәyir, xalqın pulları ilә böyük sәrvәt sahibi olurlar. Yüksәk çinli mәmurlar tәrәfindәn himayә olunan belә korrupsionerlәr idarә etdiklәri sahәlәrdә guya dövlәt başçısına, onun siyasi kursuna sәdaqәtli olduqlarını reklam etsәlәr dә, әslindә öz fәaliyyәtlәri ilә vәtәndaşları dövlәtә qarşı qaldırır, narazılıq dalğası yaradırlar. Bu gün öz “şanlı әmәllәri” ilә Badamdarın yeni tarixindә “silinmәz izlәr” qoyan Bәlәdiyyә sәdri və Qəsəbə nümayəndəsinin fәaliyyәtinә nәzәr yetirdikdә bunun canlı şahidi olmaq mümkündür.

İntertv.az-ın məlumatına görə, Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində qanunsuz əldə olunmuş torpaq sahələrinin hasarlarının söküntüsünə başlanılıb.
Buna səbəb Qəsəbə nümayəndəsinin Bələdiyyə sədri ilə birgə saxta sənədlərlə qanunsuz şəkildə böyük bir ərazini satmaqları olmuşdur. Məlumata görə, bundan xəbər tutan rayon icra hakimiyyəti təcili olaraq həmin hasarların söküntüsünü və torpaqlarının inventarizasiyanı aparır. Biz rayon icra hakimiyyəti ilə əlaqə saxlamaq istəsək də, nəticəsiz oldu. Yəqin ki, hüquq-mühafizə orqanları bu məsələni nəzarətə götürər.

Məsələni araşdıraraq oxuculara tam məlumat veriləcək.