Rəmiş telekanalları biabır etdi: "Efirə çıxmaq üçün...

Şou-Biznes 8-10-2016, 13:05
Rəmiş telekanalları biabır etdi: "Efirə çıxmaq üçün...











"Əvvəllər gündə 3-4 toya gedirdim. İndi isə insanların zövqlərini dəyişib". Bunu məşhur gitara ifaçısı Rəmiş Modern.az-a geniş müsahibəsində deyib. Onun sözlərinə görə, toylara çağırılmadığından maddi vəziyyəti pisləşib:

“Axır zamanlar Azərbaycan telekanallarını “Kubinka”ya döndəriblər. Gərək harasa pul verib, efirə çıxasan. Buna görə də telekanallara və toylara getməyi çox xoşlamıram. Toylarda indi diskotekalar olur. İşıqları söndürürlər və bir də görürsən, hansısa qadın yarıçılpaq formada səhnəyə çıxır. Buna görə də toylara nifrət edirəm və getmirəm. Bəzən pulsuz qalıram. Xalq artisti kimi ayda 100 manat alıram, onunla qane olmağa çalışıram. Çətinliklər çox olur. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevdən xahiş edərdim ki, bu məsələni diqqətdə saxlasın, mənə də Prezident təqaüdü ayrılması üçün təqdimat versin. Kimlərəsə lazımsız yerə təqaüdlər verilir. Ayda 100 manatla dolanmaq olmur. Mənim yaşım da çoxdur artıq, 70-i keçib. Toylara da gedə bilmirəm. Bəs necə dolanmalıyam? Nazirdən xahiş edirəm ki, bu problemlə maraqlansın”.
Oxunub: 549
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 


ILK-10