Şikayətci iddia edirdi ki, bütün bu işlərdə Əfqan Qəribovun arxalandığı şəxs onun əmisi Cabbar Qəribovdur ki,.həmin şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyində mühüm post tutur.
Nədənsə yazı dərc olunandan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu ciddi faktlara susqunluq nümayiş etdirdi. Deyir, sən saydıgını say, gör fələk nə sayır. Qaynarxett.az-a təqdim olunmuş bu video-süjet Şamaxı rayonunda, "Şamaxı plaza"nın yanından saga Agsuçay istiqamətində təqribən 1 kilometr çaya catmamış sol tərefdə cəkilmişdir. Həmin ərazidə "Toyuq ferması" da yerləşir. Deyilənə görə bu narkotik plantasiya da Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin sabiq direktoru Əfqan Qəribova məxsusdur.
Faktla baglı Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru vəzifəsini icra edən Ramin adlı şəxslə telefon əlaqəsi saxlamaga calışsaq da baglantı mümkün olmadı.
Mövzunu diqqət mərkəzində saxlayacagıq.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Qaynarxett.az