backend

Bakıda şagirdlər müəllimi döyüb? - RƏSMİ AÇIQLAMA

Bakıda 17 nömrəli məktəbdə müəllimin şagirdlər tərəfindən döyülməsi ilə bağlı sosial şəbəkədə yayılan videoya aydınlıq gətirilib.
Bakı şəhəri 17 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, məktəbdə müəllimin şagirdlər tərəfindən döyülməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatlar əsassızdır:

"Ümumiyyətlə 17 nömrəli tam orta məktəbdə 21 yaşlı ingilis dili müəllimi fəaliyyət göstərmir. Məktəb və müəllim haqqında əsassız məlumatların yayılması təhsilə xüsusi önəm verən Azərbaycan cəmiyyətinin prinsiplərinə uyğun olmayan hallardandır" - deyə məlumatda qeyd olunub.