backend

Hirkan Mili Parkında YAŞIL TERROR DAVAM EDİR

Hirkan Milli Parkında "yaşıl soyqırım" davam edir.Yadınızdadırsa 2-3 ay bundan əvvəl Milli Parkın nüvə sütununda kütləvi qırıntıların olması barəsində biz məlumat yaymışdıq. Bunda sonra 1sayli Regional ETS İdarəsi həmin Ərazini yoxladı və bir gündə 2 akt yazdı. Aldığımız məlumata əsasən, 700 və ya 900 manat civarında cərimə yazıldı. 
Xalqxeber.az xəbər verir ki, bu barədə azinfo.tv məlumat yayıb.
Sual olunur: niyə məhz 2 akt və 1000 manatdan aşağı cərimə? Deməli məsələ aydındır ( rus demişkən: "duraku yasno").
Həmin cəriməni Nüvə sektorunun sahə müfəttişi Sahil Mikayılov ödəyib. Niyə?
Nə üçün yazılan sənədlər Prokurorluğa göndərilməyib?
Niyə Təbiətə külli miqdarda ziyan vuranlar hələ də çəzasız qalıb?!
Niyə görə bir il ərzində Milli Parkın nüvə sütununda bu qədər ziyan olmalıdır?!. Bu hələ bir dolayın 1 günlük yoxlamasında olan qırıntıdı. Deyilənlərə görə, bütün dolayılarda küllü miqdarda gırıntı və torpaq zəbtləri mövcudur.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq