backend

MEHDİYEVİN ADAMI "RAZBORKA"DA GERİ CƏKİLDİ - Sabiq departament rəhbəri Namiq Xıdırov yeni vəzifəyə gedir

Artıq bir neçə aydır ki, mətbuatda, sosial şəbəkələrdə Ekologiya Nazirliyində olan problemlərlə, ən əsası da meşələrimizdə baş verən "yaşıl terrorla" bağlı xəbərlər səngimir. Qeyd olunur ki, nazirlikdə həyata kecirilən bu ciddi qanunsuzluqların başında məhz kecmiş departament rəhbəri Namiq Xıdırovla nazir müavini Vüqar Kərimov dayanır. Qeyd edək ki, hazırada Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxsləri barədə cinayət işi davam edir. Şamaxı Regional Meşə Təsərrüfat Birliyinin rəhbəri Əfqan Qəribov, müdir əvəzi Kamil, Xanmusa və Sabir adlı meşəbəyilər vəzifələrindən azad olunaraq istintaqa cəlb olunublar. Mənbəmizin məlumatına görə nazirliyin sabiq departament rəhbəri Namiq Xıdırovla nazir müavini Vüqar Kərimovun da vəziyyəti yaxşı deyil, hər iki vəzifəlinin də istintaqa cagırılmagı gözlənilir.

Qaynar media-ya xəbər verən mənbə bildirir ki, bu günlər Namiq Xıdırovla Vüqar Kərimovun arasında böyük skandal yaşanıb. Mənbə bildirir ki, möhtəşəm restoranlardan birində görüşən bu şəxslər iki saata qədər ciddi mübahisə ediblər. Namiq Xıdırov bildirib ki, "mən nə pul almışam, nə yığmışam. Ortada nə olubsa nazirdən gizli səninlə bölmüşəm. İndi necə olur ki, mən işdən azad olunuram, sən isə qalırsan qırağda." Bu zaman aralarında ciddi mübahisə olub. Vüqar Kərimova deyib ki "Səni Ramiz Mehdiyev təyin etdirib bu vəzifəyə, sən onun kadrısan, mən isə Novruz Məmmədovun kadrıyam, Buna görə də sən bütün məsələlərin hamsını yoluna qoymalısan. Yoxsa bunun axrı yaxşı olmayacaq." Uzun cək-cevirdən sonra Vüqar Kərimov deyib ki, mən nazirdən xahiş eləmişəm ki, səni nazirlikdə bir işə qaytaracam. Vüqar kərimov əlavə edib ki, Şabran meşəsində qırıntı ilə bağlı gördün, səni necə vəziyyətdən çıxartdım, sözümüz sözdür yenə səni müdafiə edəcəm." Mənbə bildirir ki, bu "razborka"da nazirliyin əməkdaşı da olub.

Mənbənin verdiyi məlumata görə kecmiş deportament rəhbəri Namiq Xıdırov nazirliyin qurumlarının birində yeni bir vəzifəyə təyin olunacaq. Bizə isə gözləmək düşür.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Qaynar.media.