backend

SON DƏQİQƏ! Danışıqlar OLACAQ: Ukrayna Rusiyaya ŞOK TƏLƏB İRƏLİ SÜRDÜ - Əgər...

“Rusiya Ukrayna ilə danışıqlarln ikinci raundunda təhlükəsizlik təminatını müzakirə etməyə hazırdır”. 

GUNinfo.az  bildirir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Al-Jazeera” telekanalına müsahibəsində bildirib.

“Prezident Zelenski təhlükəsizlik qarantı almaqla bağlı danışıqlara hazır olduğunu deyib. Bunu müsbət addım kimi qiymətləndirirəm. Bizim nümayəndələr ikinci raundda bu təminatları müzakirə etməyə hazırıq”.

Lavrov deyib ki, Moskvanın Kiyev qarşısında qoyduğu tələbələri Ukraynanın kapitulyasiyası kimi qiymətləndirmək olmaz. “Biz saziş təklif edirik. Bu saziş Ukraynada yaşayan bütün xalqların hüquqlarını təmin edəcək. Bu Ukrayna qanunvericiliyində də əks olunmalıdır”.
Lavrov deyib ki, Moskva Krım məsələsini müzakirə etməyəcək: “Bu məsələ bağlanıb. Krım Rusiyanın bir hissəsidir”.

XİN başçısının sözlərinə görə, Moskva və Kiyev arasında danışıqların ikinci raundunun keçirilməsi onu göstərir ki, tərəflər münaqişənin həllini axtarmağa hazırdırlar.