Baki şəhəri 48 saylı notariat kontorun rəhbəri Səadət Hüseynov və Abşeron rayonun 2 saylı notariat konrotun rəhbəri Günay Məsimova tərəfindən özbaşınalıq, cinayət işləri, saxtakarlıq, vəzifədən sui-istifadə, sənədləri saxtalaşdırma və s.
Qaynarxett.az-a daxil olan şikayət məktubunda deyilir.
Ölkə Prezidentinə müraciət edən Bakı sakini bildirir:
Bu onu görsədir ki, 48 saylı notariat ofisinin xüsusi notariusu Səadət Hüseynov notariat hərəkətlərini aprarkən nöqsana yol verərək, bilə-bilə bilavasitə sənədləri saxtalaşdıraraq mənim hüquqlarıma mühüm zərər vurmuşdur.Belə ki,48 saylı Notariusun notariat kitabının, Notariat hərəkətlərinin aparılmasında iştirak edən şəxslər haqqında məlumat bölməsində vətandaşın şəxsiyyətini təsdiq edən sənədin nömrəsi qondarma seriya nömrəsi olmuş, bu vəsiqə ümumiyyətlə mənə aid olmamış və həmin kitabda qeyd olunan şəxsiyyət vəsiqəsinin seriya nömrəsi yeddi rəqəmdən ibarət.Bu seriya nömrəsi Hüseynov Səadət tərəfindən uydurma bir nömrə olmuş və hal-hazırda da elə bir seriya nömrəsi heç bir şəxsiyyət vəsiqəsində mövcud deyildir. Yəni 48 saylı notariusu Səadər Hüseynov hökümət notariusunda rüşvət götürərək, tamamilə özbaşınalıq edir, və heç bir qanundan qorxmur, cəzadan qorxmur, kimin sə dəstəyinə, köməyinə arxalanır.
Bundan başqa "BANK STANDARDa" ilə bağlanmış ipoteka müqaviləsi zamanı da ciddi qanun pozuntularına yol verilmişdir.Belə ki, sonrakı ipoteka müqavilələri Abşeron rayonu 2 saylı notariat kontorun rəhbəri Gunay Məsimova tərəfindən təsdiqlənərkən mənim yəni,Əzimova Elza Tələt qızının ərizəsi, daşınmaz əmlakın təsvirinə və dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış tələb edilməmiş,yalnız yoldaşım Əliyev Fariz Mikayıl oğluna məxsus qeyd edilən əmlakın “Bank Avrasiyaya”ya ipotekaya qoyulmasına etiraz etməməm barədə 48 saylı notariat kontorunda imzamın saxtalaşdırılması yolu ilə təsdiqlənmiş ərizəyə (hansı ki, həmin ərizə “Bank Standart” bankı korporativ filialına yox, “Avrasiya” banka ipotekaya qoyulmasına etiraz etməməsinə görə tərtib olunmuşdur), həm də keçmiş ərim Fariz Əliyev həmin illərdə aparılmış qeyd olunan müqavilələrin tərtibi zamanı 2 dəfə şəxsiyyət vəsiqəsini dəyişdirmiş, hansı ki, bunlar bank tərəfindən yoxlanılmamışdır.
Qeyd olunanlara əsasən, mən Prezident İlham Əliyevdən xaiş edirəm ki, mənim və oğlumun saxta sənədlərlə oğurlanmış evinin qaytarılmasına köməklik edsin. Evimizi vəzifəli şəxslər öz vəzifə səlahiyyətlərindən istifadə edərək, rüşvət götürərək, saxta sənədlərlə oğurlayıblar.
Açıq aşkar görünür ki, Prokurorluğ və Ədliyyə Nazirliyi cinayət törədən vəzifəli şəxslərin arxasında durub və törədilmiş cinayət işinə göz yumur. Onu da nəzərinizə çatdırım ki, 48 saylı və 2 saylı notariat kontorlarında daşınmaz əmlakın oğurlanması, sənədlərin saxtalaşdırılması -dəfələrlə baş verir. Qeyd etdiyim həmin notariat kontorların rəhbərlərin cinayət əməlləri nəticəsində xeyli insan zərər çəkib, və Ədliyyə Nazirliyin məmurları, notariuslara başçiliq edən, notariusları nazərət edən vəzifəli şəxslər tərəfindən bu halları bilə-bilə, heç bir tədbir görmür, ört-basdır edir."