backend

Goycay sakinindən ölkə başcısına VİDEO-MÜRACİƏT: "İcra Hakimiyyətində şikayətci vətəndaşları ölüm həddinə catdırirlar"

Goycay Rayon İcra Hakimiyyətində şikayətci vətəndaşları ölüm həddinə catdırirlar.

Rayonun Cərəkə kənd sakini Əhmədov Əli Şakir oglu həyat yoldaşı ilə rayon icra hakimiyyətinə gələrək icra başçısından iş istəyib. O, bildirib ki, 8 nəfər ailə üzvü var. Əmək haqqı isə cəmi 260 manatdır. Öhdəsində nəfər körpə evladı var. Həyat yoldaşı Məşgulluq mərkəzində qeydiyyata alınsa da ailəyə hec bir sösial yardım olunmur. Dəfələrlə icra hakimiyyətində oldugunu bildirən şikayətci deyir ki, o, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə 1480 şikayət məktubu ünvanlayıb ancaq cavab yoxdur. Axırıncı dəfə o, həyat yoldaşı ilə rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyevun qəbulunda olublar və təhqir olunaraq oradan qovulublar. Hətta bu təhqirə dözməyən həyat yoldaşı özünü benzinlə yandırmaga cəhd edib.

Şikayətci Əhmədov Əli Şakir oglu olkə başcısına müraciət edərək ondan köməklik istəyir.


Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.