Milli Məclisin deputatı Sahib Əliyev sosial şəbəkədə paylaşdığı geniş təhlildə regionda baş verən proseslərə və İranın mövcud siyasətinə diqqət çəkib.
Deputat bildirib ki, hədislərdə yer alan “müharibə hiylədir” prinsipi düşmənə qarşı tətbiq olunmalıdır, lakin öz xalqını yanlış məlumatlandırmaq qəbuledilməzdir. Onun sözlərinə görə, hazırda İranda baş verənlər bu prinsipin əksini göstərir.
Sahib Əliyev tarixi paralellər apararaq Altıgünlük müharibə dövründə Misir və digər ərəb ölkələrində yayılan yanlış informasiyaların cəmiyyətə necə təsir etdiyini xatırladıb. O qeyd edib ki, həmin dövrdə insanlar radiodan aldıqları xəbərlərin təsiri ilə İsrail ordusunun məğlub olduğunu düşünür, hətta bəzi ərazilərdə işğalçı qüvvələri öz orduları zənn edərək qarşılayırdılar.
Deputat vurğulayıb ki, bu müharibə uduzan tərəf üçün iki ağır nəticə ilə yadda qaldı: geniş torpaq itkiləri və ideoloji çöküş. Onun sözlərinə görə, müharibədən sonra panərəbizm faktiki olaraq tarixə qovuşdu.
Paylaşımda həmçinin qeyd olunub ki, panərəbizmin süqutunda vaxtilə regionda nüfuz uğrunda mübarizə aparan Böyük Britaniya və Fransa kimi dövlətlərin də rolu olub. Bu dövlətlər Osmanlı imperiyasının süqutundan sonra Yaxın Şərqdə yeni siyasi xəritə formalaşdıraraq əvvəlki vədləri yerinə yetirməyiblər.
Sahib Əliyev hesab edir ki, bu gün İran da oxşar geosiyasi risklərlə üz-üzədir. O bildirib ki, xüsusilə Hörmüz boğazı ətrafında yerləşən və 1971-ci ildə ələ keçirilmiş adalar məsələsi gələcəkdə mübahisə mövzusuna çevrilə bilər.
Deputatın fikrincə, hazırkı proseslərin davamı halında İranın ideoloji dayağı olan “vilayəti-fəqih” doktrinasının da panərəbizm kimi zəifləməsi və tarix səhnəsindən çəkilməsi ehtimalı istisna deyil.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət
gundem / Siyasət
gundem / Siyasət








