backend

Razi Nurullayev təhlükəsizlik və kəşfiyyat əməkdaşlarını təbrik edib

Millət vəkili Razi Nurullayev 28 Mart – dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanları əməkdaşlarının peşə bayramı münasibətilə paylaşım edib.

Deputat qeyd edib ki, dövlətçilik yalnız görünən sərhədlərlə deyil, eyni zamanda görünməyən risklərin vaxtında qarşısının alınması, milli maraqların qorunması və strateji düşüncənin gücü ilə möhkəmlənir. Onun sözlərinə görə, təhlükəsizlik və kəşfiyyat strukturlarında çalışan əməkdaşların fəaliyyəti Azərbaycanın sabitliyi, suverenliyi və gələcək inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.

Razi Nurullayev vurğulayıb ki, bu sahədə çalışanların peşəkarlığı və səssiz, lakin prinsipial xidməti dövlətin dayaqlarını gücləndirir, cəmiyyətdə təhlükəsizliyə olan inamı artırır.

Millət vəkili paylaşımının sonunda hər iki qurumun rəhbər və əməkdaşlarını təbrik edərək onlara möhkəm iradə, ayıq-sayıqlıq və dövlətə sədaqətli xidmətlərində uğurlar arzulayıb.