Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 25-də AzərEnerji Açıq Səhmdar Cəmiyyəti tərəfindən inşa edilən “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib.
Bu barədə Milli Məclisin deputatı Fatma Yıldırım sosial şəbəkə hesabında paylaşım edib. Deputat qeyd edib ki, sözügedən layihənin istifadəyə verilməsi Azərbaycanın enerji siyasətində yeni və strateji mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir.
Onun sözlərinə görə, son dövrlərdə dünyada müşahidə olunan enerji böhranı enerji təhlükəsizliyinin əhəmiyyətini bir daha ön plana çıxarır. Belə bir mürəkkəb beynəlxalq şəraitdə Azərbaycanın həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində ölkə həm enerji ixracatçısı kimi mövqeyini gücləndirir, həm də innovativ və dayanıqlı enerji həllərinin tətbiqində irəliləyir.
Deputat vurğulayıb ki, “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzi xüsusilə bərpa olunan enerji mənbələrinin enerji sisteminə inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır. Bu texnologiya enerji dayanıqlığını artırmaqla yanaşı, pik yüklənmələrin tənzimlənməsinə, enerji itkilərinin azaldılmasına və sistemin daha səmərəli fəaliyyətinə xidmət edir.
Paylaşımda həmçinin qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji strategiyası Azərbaycanın “yaşıl enerji”yə keçid istiqamətində qətiyyətli iradəsini nümayiş etdirir. Günəş və külək kimi bərpa olunan enerji mənbələrindən geniş istifadə imkanlarının reallaşdırılması ekoloji tarazlığın qorunmasına və dayanıqlı inkişafın təmin edilməsinə mühüm töhfə verir.
Sonda deputat bildirib ki, bu kimi layihələr Azərbaycanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, beynəlxalq nüfuzunun artmasına və ölkənin regionda müasir enerji mərkəzlərindən birinə çevrilməsinə xidmət edir.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət


