Sosial şəbəkədə Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Məmmədovun oğlanların maşın kolleksiyası haqqında
məlumat yayılıb.

Turantv.az xəbər verir ki, məlumatda Bərdənin icra başçısının müavini İlham Məmmədovun ik oğluna – Nicat və Kənan Məmmədovlara məxsus olan avtomobil kolleksiyası yer alıb. Həmin məlumatı olduğu kimi təqdim edirik:
“Bu fotoda gördüyünüz gənclər Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Məmmədovun oğlanları, 03.03.1996 təvəllüd Nicat (ortada) və Kənan (sağda) Məmmədovlar və onların avtomobil kolleksiyasıdır.
Dövlət nişanlı 90LV800, 90HL333, 90OV800, 90OR800, 99GE080 nömrələrlə, Range Rover, Mercedec AMG S65, Mercedec S500, Toyota Camry avtomobilləri var
. Nömrələrdən və insta hesablarından görünür ki, onların ən çox sevdikləri rəqəm 800 rəqəmidir. Mən onların avtomobillərini bir fotoya güclə sığdırdım.


Öz tərəfimizdən bildiririk ki, cənab İlham Məəmədovun bu maşınları hansı rəsmi gəlirləri ilə alması barədə açıqlamasını və sübutunu dərc etməyə hazırıq…





