Ötən gün oğlunun axtarışlarına qoşulan Purna Chandra Rao Kondaveeti dağdan enərkən leysana düşüb. Nəticədə çaya yıxılan Chandra Rao Kondaveetinin ayaqqabılarını sel aparıb. Axtarış qrupunun üzvləri çətinliklə də olsa onu sağ-salamat qaldığı otelə çatdırıblar.
Onu da qeyd edək ki, ötən gün aparılan axtarışlar da heç bir nəticə verməyib.
Xatırladaq ki, ötən gün axşam saatlarında Zaqatalada qeyri-sabit hava şəraiti hökm sürüb, qasırğa və güclü küləklə müşayiət olunan leysan yağıb.
Qeyd edək ki, Hindistan vətəndaşı, 29 yaşlı Kondaveeti Manikathi mayın 12-də Zaqatala rayonunda otellərdən birindən dağa getmək adı çıxıb və geri qayıtmayıb.
O yoxa çıxandan dərhal sonra atası və qardaşı Dharan Kondaveeti Zaqatalaya gəliblər.
Ailəsi onu tapan şəxsə böyük məbləğdə pul mükafatı vəd edib./Lent.az
