backend

Xocavənd rayonu Muğanlı kənd 1 saylı tam orta məktəbin direktorunun fəaliyyəti narazılıq yaradır - İDDİA

Xocavənd rayonu Muğanlı kənd 1 saylı tam orta məktəbin direktorunun fəaliyyəti narazılıq yaradır

Agcəbədi rayonundan Qaynarxett.az saytına müraciət edən şikayətçilər yeni yaradılmış Qarabağ Regional Təhsil İdarəsinə üz tutaraq kömək istəyirlər. Şikayətçilər Xocavənd rayonu Muğanlı kənd 1 saylı tam orta məktəbin direktoru Cəfərova Lamiyə Aydın qızının fəaliyyətindən narazıdırlar. Onlar bildirirlər ki, Lamiyə xanım məktəbi şəxsi müəssisəsi kimi idarə edir.

“Bir neçə müəllim istisna olmaqla demək olar ki, hamı ondan qorxur. Dərs saatlarını öz bildiyi kimi pay-püşk edən direktor müəllimlərin adına dərs yazaraq pulunu mənimsəyir. Məktəbdə dərnəklər keçirilmir, hətta jurnallar belə aylarla yazılmır. Direktor məktəbi biznes sahəsinə çevirib, yalnız pul toplamaqla məşğuldur. Onun məktəbin necə idarə olunmasından xəbəri yoxdur-pullarını toplayır, vəssalam. Məktəbdə kütləvi narazılıq hökm sürür. Məktəbin birinci siniflərinə şagird qəbulu kütləvi qanun pozuntuları ilə müşayət olunub. Belə ki, direktor müəyyən maraqlar çərçivəsində şagirdləri özünə yaxın olan müəllimlərin siniflərinə yönəldir.

Məktəbin inventarlarının çoxu yoxdur. Direktor təsərrüfat işləri üzrə müavini ilə əlbir olaraq inventarları satır. Məktəbdə çoxlu adı olub özü olmayan ştatlar var. Həmin işlərə direktorun yaxınlarının adı yazılır, kartları isə Lamiyə xanımın cibində olur. Hər ay onların adına yazılan külli miqdarda vəsait direktor tərəfindən mənimsənilir."


 “Direktorumuzun biganə münasibəti, müəllimlərə qarşı haqsız və məsuliyyətsiz yanaşması, vəzifə funksiyalarını əmək müqaviləsi üzrə yerinə yetirməməsi bizi bu problemləri məktəb hüdudlarından kənara yansıtmağa vadar etdi. Problemlərimizin ən mühümü direktorumuz Cəfərova Lamiyənin müəllimlərlə çox kobud danışması, “Burda qanun mənəm!!!”, “Qayda mən dediklərimdir!!!” kimi ifadələri işlətməsi və ən əsası dövlət müəssisəsindən şəxsi obyekti kimi istifadə etməsidir."

"Məktəb direktorunun əsas vəzifəsi; məktəb daxilindəki problemləri həll etmək, Təhsil Nazirliyinin verdiyi qərarları məktəbdə tanıtmaq və bunları icra etmək, məktəb büdcəsini uyğun formada şagirdlərin daha keyfiyyətli təhsil ala bilməsi üçün məktəbdə çatışmayan kitab, texnoloji avadanlıq kimi təhsil vasitələrinin alınmasına xərcləmək, dərs ili başlamazdan əvvəl müəllim kolleqaları ilə birlikdə toplantı keçirib uyğun illik dərs planı hazırlamaq və bunun kimi daha bir çox şeydir. Lakin çox təəssüflə qeyd etməlik ki, Cəfərova Lamiyə illik plan hazırlamaq yerinə təqvimdən bayramları sayıb bu il nə qədər pul çıxaracağını, bunu haralara xərcləyəcəyini hesablayır. Şagirdləri və müəllimləri qanuna uyğun olmayan tərzdə təhqir edir və şəxsiyyətlərini alçaldır ki, əslində bunlar onun səlahiyyətləri daxilində deyil. Bəlkə də o səlahiyyətlərindən və öhdəliklərindən bixəbərdir”.

Məktubun sonunda şikayətcilər Muğanlı kənd 1 saylı tam orta məktəbilə bağlı tədbir görüləcəyinə ümid edilir: “Ümid edirik ki, bu və digər korrupsiya hallarına görə Qarabağ Regional Təhsil İdarəsi araşdırmalara başlayacaq və bu qanunsuzluqlar öz müsbət həllini tapacaq.”

Qeyd edək ki, Xocavənd rayonu Muğanlı kənd 1 saylı tam orta məktəbi Ağcabədi rayonunda, 556 ailəlik qəsəbədə yerləşir.

P.S. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Qaynarxett.az