backend

Hirkan Milli Parkı təhlükə altında

Hirkan Milli Parkında "ekoloji soyqırımlar" davam edir.

Milli Parkın direktoru Aqil Sucayev ekologiya sahəsindən anlayışı olmayan, hansı ki, mədəniyyət idarəsindən Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimovun köməkliyi ilə hazırda tutduğu vəzifəyə transfer edilib.
Bu şəxs 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəisi Şakir Quliyevlə birləşərək Milli Parkın ərazisin ev yeri kimi sakinlərə satır.

Redaksiyamıza etibarlı mənbədən daxil olan məlumta görə, Milli Parkın Şivi meşəbəylində Hikmət Imaməliyevin yegeri olduğu dolayda hazırda tikinti işləri gedir (yəni, ev tikilir).
Evi tikən Xanoğlan adlı şəxsdir- bu çəxs sözügen yegerin qudasıdır (yəni, yeznəsinin atası).

Mənbə bildirir ki, Milli Parkın ərazisində belə qanunsuz zəbtlər çoxdur və son bir il ərzində 100-ə yaxın yeni ev tikilib.
Mənbənin bildirdiyinə görə, "isti su" adlanan yerdə qanunsuz istirahət mərkəzləri fəaliyyət göstərir , hansı ki, heç birini müqaviləsi yoxdur və Xanbulan gölün ətrafındakı kafe və restoranlardan nəcasətlər birbaşa sözügedən gölə axıdılır.
Halbu ki, sözügedən göl Lənkəran ərazisinin sakinlərinin bir qismini içməli suyla təmin edir.

Milli Parkın ərazisi toxunulmaz olduğu halda, görəsən niyə görə belə çirkin işlər orada baş verir?!

Görəsən bu məmurlara cənab Ölkə Başçısının dediyi sözlər təsir eləmir!?

Qarşı tərəfi dinləməyə hazırıq


Hirkan Milli Parkı təhlükə altında
Hirkan Milli Parkı təhlükə altında
Hirkan Milli Parkı təhlükə altında
Hirkan Milli Parkı təhlükə altında
Hirkan Milli Parkı təhlükə altında
Hirkan Milli Parkı təhlükə altında
PAYLAŞ: