backend

Azerinfo.az-ın rəhbəri Baş Prokurora MÜRACİƏT ETDİ

Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə

Azerinfo.az xəbər portalının baş redaktoru İbrahim Qubadoğlu tərəfindən

Müraciət


Yazıb Sizə bildirirəm ki, iki ay öncə Cəlilabad rayon Göytəpə şəhərində Hacı Məlik adlı sahibkar tərəfindən, sahibi olduğu "Hacı market"in önündə qeyri-qanuni olaraq 3 ədəd 40 sm diametrində yaş ağac kəsilmiş və izi itirmək üçün üzərlərinə asfalt örtüyü çəkilmişdir.

Bu barədə redaksiyamıza şikayət daxil olmuşdu. 
Biz həmin şikayəti xəbər portalımızda paylaşdıq, qarşı tərəf kimi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi və Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərovla əlaqə saxladıq. Əvvəl onlar bizə bildirdilər ki, guya orada ağac olmayıb. Biz onlara həmin ərazidə peykdən kəçilmiş ağacların görüntülərini təqdim etdikdə isə dedilər ki, həmin ağaclar rəy əsasında kəsilib, amma faktiki sözügedən rəyi təsdiq edən heç bir rəsmi sənət yoxdur.

Sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq. Oradan nümayəndə gəldi və redaksiyamızın göstərdiyi faktların dogrulugu öz əksini tapdı.

Görünür gələn yoxlama sözügedən ağaclara yüngül cərimə yazıb və yerlərində 3 ədəd şam cinsindən ağac əkdirməklə yola vermək istəyirlər. Halbu ki, yeni əkilən ağaclar həmin ağacların yerinə çatması üçün 40 il vaxt lazımdır.
Bu, birbaşa cinayət tərkibli işidir.

Xahiş edirik yazdığlarımızı nəzarətə götürüb, qanuna müvafiq şəkildə tədbir görülməsinə və bu barədə redaksiyamızı da məlumatlandırılmasına köməklik göstərəsiniz.


İmza: I.Qubadoğlu
04.07.2022-ci il

Tel: 050 209-60-59


Cəlilabad rayonunda "Hacı market"in önündə qeyri-qanuni olaraq  3 ədəd 40 sm diametrində  yaş ağac kəsilmiş və izi itirmək üçün isə üzərlərinə  asfalt örtüyü çəkilmişdir