backend

Abşeron Mədəniyyət Mərkəzində qanunsuzluqlar SƏRHƏD TANIMIR... - FOTOLAR

Mədəniyyət Nazirliyində rəhbərlik və idarə rəisləri dəyişməsinə baxmayaraq, sabiq korrupsioner nazir Əbülfəz Qarayevin dövründə oldğu maliyyə mənimsəmələri yenə də davam etməkdədir... Məsələn, Abşeron rayon Mədəniyyət Mərkəzində acınacaqlı vəziyyət hökm sürür.

Bəri başdan qeyd edək ki, Abşeron rayon Mədəniyyət Mərkəzində baş verən hadisələr bir daha onu göstərir ki, əslində Mədəniyyət Nazirliyinin regional idarələrində aparılan islahatlar sadəcə görüntü xarakterlidir. Çünki yenə də korrupsiya, maliyyə maxinasiyasaları və sair əməliyyatlar gizli şəkildə həyata keçirilir. 

Qısa məlumat üçün qeyd edək ki, Abşeron rayon Mədəniyyət Mərkəzi 1984-cü ildə ümumi sahəsi 4510 kv m olan Abşeron rayon mədəniyyət evi (2012-ci ilin 27 dekabr tarixindən Mədəniyyət Mərkəzi adlandırılmış) inşa edilmişdir. Mərkəzin 400 və 170 tamaşaçı yerlik zalı, 40 iş otağı, 300 kvm foyesi, 51 kvm qarderobçu, 5 sanitar qovşağı vardır. Abşeron rayon Mədəniyyət Mərkəzi Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Sumqayıt Regional Mədəniyyət İdarəsi və Abşeron rayon İcra Hakimiyyətinin verdiyi əmr, sərəncam və fərmanlara müvafiq olaraq illik iş planı üzrə mədəni-kütləvi tədbirlər həyata keçirir. Mərkəz mədəni irsin qorunması və təbliği, mədəni sərvətlərin yaradılması və inkişafı istiqamətində işlər görür. Mərkəzin folklor, diyarşünaslıq və sənətkarliq sahələri üzrə profilləşmiş 9 klub filialı vardır. (Qobu qəsəbə sənətkarliq evi, Mehdiabad qəsəbə diyarşünaslıq evi, Ceyranbatan qəsəbə folklor evi, Novxanı kənd sənətkarlıq klubu, Məmmədli kənd diyarşünaslıq klubu, Fatmayı kənd diyarşünaslıq klubu, Hökməli qəsəbə diyarşünaslıq klubu, Görədil kənd folklor klubu, Pirəkəşkül kənd sənətkarlıq klubu) Mədəniyyət Mərkəzində Musiqili Komediya Xalq teatrı, "Çeşmə" folklor ansamblı, "Xəzri" xalq çalğı alətləri ansamblı, "Abşeron" aşıqlar qrupu, "Abşeron" meyxana qrupu, "Odlar yurdu" ritm qrupu, "Günəş" uşaq teatrı, "Qaravəlli" folklor teatrı, "Abşeron" xınayaxdı qrupu, "Abşeron" rəqs kollektivi, "Buta" xalq tətbiqi və təsviri sənət həvəskar birliyi, "Mənim dünyam" təsviri və dekorativ sənət" ictimai birliyi və digər kurs və dərnəklər fəaliyyət göstərir. Görürsünüzmü geniş bir şəbəkə. Hazırda bu şəbəkəni direktor əvəzi Samirə Qafarova idarə edir. Təbii ki, onun da başı üzərində Sumqayıt Regional Mədəniyyət İdarəsinin Bas məsləhətçi İlham Manafov dayanır. 

Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, direktoru əvəz edən Samirə Qafarova bütün klublardan hər ay pul yığır. Kursların və icarələrin ödənisləri onun şəxsi kassasına "yıgılır". Hələ idarənin nəzdində olan musiqi məktəblərində işləyən müəllimlərin dərs saatlarını artıraraq hər ay külli miqdarda vəsait mənimsədiyini demirik.


Digər məlumatda isə bildirilir ki, Abşeron rayon Mədəniyyət Mərkəzinin rəhbərliyinin əsas yeyinti yerlərindən biri ayda bir neçə dəfə keçirilən müxtəlif tədbirlər silsiləsidir. Dövlət büdcəsindən və işçilərin əmək haqqından həmkəralar təşkilatına tutulan vəsait hesabına keçirilən bu tədbirlər əslində görüntü xarakterlidir. Tədbirlərin keçirilməsi üçün işçilərə yazılan ezamiyələrə görə büdcədən ayrılan vəsaitlər rəhbərlik tərəfindən mənimsənilir. 


Bundan başqa Abşeron rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən müxtəlif qrumlarda adı olub özü olmayan "ölü canlar” var. Yəni keçmişdə olduğu kimi yenə idarənin rəhbərliyi tərəfindən işçilərin adına yazılan əmək haqqları mənimsənilir. Yeni işcilərin isə qəbul olunması ucun Baş məsləhətçisi İlham Manafov və direktor əvəzi Samirə Qafarova onlardan pul tələb edirlər. Kim pul verirsə qəbul edirler, verməyənə deyirler ki, sistem baglıdır. Hazırda da vakant yerler var və müraciət edənlər də çoxdur.


Qaynarxett.az-a verilən məlumatda qeyd edilir ki, direktor əvəzi Samirə Qafarova Sumqayıt Regional Mədəniyyət İdarəsinin Baş məsləhətçisi İlham Manafova güvəndiyini və heç nədən çəkinmədiyini tez-tez ətrafına xatırladır. Yoxsa bütün bu sadaladıgımız qanunsuzluqları direktor əvəzi Samirə Qafarova necə həyata kecirə bilər?

Görünən odur ki, Mədəniyyət Nazirliyində rəhbərlik və idarə rəisləri dəyişməsinə baxmayaraq, sabiq korrupsioner nazir Əbülfəz Qarayevin dövründə oldğu maliyyə mənimsəmələri indi də davam etməkdədir.

ARDI VAR...

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Qaynarxett.az