backend

Azərbaycanda müəmmalı OLAY: Bir qəsəbədə 58 nəfər xəstəxanaya yerləşdirildi

Şəkidə məcburi köçkünlərin məskunlaşdığı qəsəbədən bir gündə 58 nəfər xəstəxanaya müraciət edib.

Apa xəbər verir ki, məcburi köçkünlərin məskunlaşdığı Yeni Çələbixan qəsəbəsində 41 nəfəri yetkinlik yaşına çatmayan olmaqla 58 nəfər sakin qusma, qızdırma və islah əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Bölməsinə müraciət edib.

Müraciət edən şəxslərə mənşəyi infeksion hesab edilən qastroenterit diaqnozu qoyulub, onlara ilkin müdaxilə edilib və evə buraxılıblar.
Həmin şəxslərin xəstəxanaya müraciət etmələrinin səbəbinin içməli su olduğu ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.