backend

Azər Şükürov 2 ildə NƏ ETMİŞDİ Kİ... - Ona belə etimad göstərildi?

Bir neçə gün öncə, daha dəqiq desək, 19 iyul 2022-ci il tarixdə Prezident İlham Əliyevin sərəncamı ilə Samir İdayətov Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinə sədr təyin olunub.

Söhbət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən gedir.
İndi isə cənab ekologiya naziri Muxtar Babayevin 2 il öncə Azər Məcid oğlu Şükürovu Agentliyin sədr müavini təyin etməsinə nəzər salaq.
Bəli, Muxtar Babayev 20.10.2020-ci il tarixdə Azər Şükürovu Agentliyə sədr müavini təyin edib.
Yeni təyin olunan sədrin fəaliyyəti haqqında nəsə deyə bilmərik, çünki təyin olunduğu heç bir həftə də deyil.
Ona görə də mövzunu 2 ildir sədr müavini olan Azər Şükürovun üzərində quracağıq.
Məlumat üçün qeyd edək ki, Azərbaycanda “Yerin təki haqqında” qanun var. Və Agentlik “Yerin təki haqqında” qanunda nəzərdə tutulmuş yerin təkindən istifadə növləri üzrə fəaliyyətin tənzimlənməsini, habelə yerin təkinin istifadəsində və mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmasına nəzarəti həyata keçirən, yerin təkindən istifadə ilə bağlı müsabiqə və hərracların keçirilməsini təşkil edən, bu sahədə xidmətlər göstərən publik hüquqi şəxsdir.
Amma Azər Şükürov üçün nə yerin təki, nə yerin üstü deyilən anlayış yoxdur.
Onun bildiyi bir meyar var ki, o cənab nazirin dostudur, tələbə yoldaşıdır və istədiyini edə bilər. Hətta deyir ki, onu nazir də vəzifəsindən çıxara bilməz, çünki açar sandığı, tökər rüşvəti...
Bəli, məlumdur ki, bu gün Azərbaycanda onlarla daş karxanaları, qum-çınqıl sexləri fəaliyyət göstərir.
Təkcə onu qeyd edək ki, çayların məcrasında olan qum-çınqıl o dərəcədə şəhərlərə daşınır ki, hətta çaylar artıq öz məcrasını dəyişir və ətraf mühitə ciddi ziyan dəyir. Bunun bircə adı var- ekoloji terror.
Bütün bunlara görə Azər Şükürov rəhbər şəxs olaraq məsuliyyət daşıyır.
Təsəvvür edirsiniz, real dövriyyəsi milyonlarla olan daş, çınqıl, qum, qızıl, əhəng karxanaları, klinker istehsal edən sexlər bütün ekoloji normaları pozur. Və nəticədə Azər Şükürovun rəhbərlik etdiyi Agentlik kağız üzərində həmin daş karxanalarına 500 min, bəzən 1 milyon, hətta 2 milyona yaxın cərimə müəyyən edirlər və sonra cərimə etdikləri şəxsləri bazarlığa çağırırlar. Beləcə sövdələşmə başlayır.
Nəticədə 100 minlərlə kifayətlənməyən Agentliyin rəhbərliyi həm də karxana sahiblərini “aylığa” otuzdururlar. Yəni bu qədər sadə və bəsit bir rüşvət-korrupsiya mexanizmi.
Amma sözdə Azər Şükürov kimilər təbiətə sevgidən danışırlar.
Və utanıb-qızarmadan başlarının üstünə Ulu Öndərin “Mən istəyirəm ki, hamınız təbiəti qoruyan olasınız” sözlərini asıb, təbiətə qənim kəsilirlər.
Araşdırma zamanı Azər Şükürovun ana təbiətə sevgisi ilə bağlı xeyli uzun müsahibələrə rast gəldik.
Hətta Azər Şükürov öz müsahibəsində qeyd edir ki, kaşki, təbiəti qoruyanlar olasınız.
istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız.
Mədən sənayesi üzrə kadr hazırlığı bu günün tələblərinə cavab vermir:
“Hazırda Azərbaycanın inkişafı fonunda bu təhsil ocaqlarının dağ-mədən sənayesi sahəsində kadr hazırlığı istiqamətində ciddi fəaliyyətləri nəzərə çarpmır. Dağ-mədən sənayesi elə kadr tələb edir ki, müəyyən hazırlıqdan, praktikadan sonra konkret mədənlər üzrə müasir texnologiyaların iş prinsiplərinə uyğun müstəqil fikirlər irəli sürsün və təkliflərini qəbul etdirə biləcək savada malik olsun. Düzdür, bu cür kadrlar hər bir sahəyə lazımdır. Ancaq müasir dağ-mədən sənayesi tamamilə yeni, müasir təfəkkür tərzinə malik kadrlar tələb edir. Dağ-mədən sənayesi elə bir sahədir ki, burada işləyən kadr ətraf mühitin mühafizəsindən tutmuş kollektiv və şəxsi təhlükəsizliyə qədər bütün detalları nəzərə almaq istedadına malik olmalıdır. Sovetlər dövründə bu sahə üzrə çox gözəl mütəxəssislər hazırlanmışdı. Ancaq Sovet İttifaqı dağıldıqdan və Azərbaycanda dağ-mədən sənayesində geriləmələr baş verdikdən sonra onların çoxu öz işini itirdi və bu gün ixtisaslarına uyğun olmayan sahələrdə fəaliyyət göstərirlər”.
Həə, indi mətləb üstünə gəlmək olar.
Cənab Azər Şükürov, sizin bu müsahibənizi oxuyanda vaxtilə Prezident Administrasiyasının rəhbəri olan cənab Ramiz Mehdiyevin “Mənə savadlı və təmiz bir hüquqşünas” verin deməyi yada düşür.
Sizə savadlı kadrlar lazımdır yoxsa?- rüşvət və korrupsiyanı əla bilən kadrlar?
Ona görə də oxuduğum bütün müsahibələrindən bir nəticə çıxardım. Sənin kimilərin avazı yaxşı gəlir, amma oxuduğunuz təbiətə sevgi deyil. //gundelik-baku.com//