backend

DİN-in DİQQƏTİNƏ - Goranboyda dələduzlar peyda olub

Goranboy Rayonu Zeyvə kənd sakini Mustafayev Elyar Çapay oğlu tərəfindən
Azerinfo.az xəbər portalına


Müraciət
Yazıb sizdən xahiş edirəm ki, Məmmədli Rəşad Aydın oğlu mənim etibarimdan sui-istifadə edərək 2019- cu ilin iyul-avqust aylarinda məndən 3.200 (üç min iki yüz) manat alaraq işə düzəltmə adı ilə dələduzluq etmişdir. Amma işə düzəltmədiyi üçün mən 2020 -ci ilin aprel ayında pulumun yarısını (yəni, 2.200 (iki min iki yüz) manatını) geri aldım və üstündən bir neçə ay sonra 2020- ci ilin iyul-avqust ayında mənə zəng edərək "Elyar, səninlə sənəd verənlər işə düzəldi. Gəl səni də işə düzəldim. Bu səfər 100 faizdi. İşə duzəlmək üçün 4.500 manat lazımdır. Sən məndən aldığın pulu gətir, mən də qalan pulu da ustünə qoyacam. Yerdə qalan məbləği isə özümdən duzəldrəm, "- deyərək, məni bu işə yenidən şirniləşdirdi. Avqust ayında Nərmanovda "Metro" parkın qarşısında İsmayıl müəllimlə birgə gəlmişdi. Həmin gün Rəşad mənə dedi ki, bu adam sənin işini duzəldəcəkdir və mən də Rəşada inanaraq 2.200 (iki min iki yüz) manatimi İsmayıl müəllimə verdim. Onun səhərisi gün "Nərmanov" parkında görüşərək işlə bağlı ətraflı danışdıq. Sözügedən işlə bağlı səsləri qeyd etdim ki, əlimdə bir subut olsun . Nə o gündən bu yana nə məni işlə təmin etdilər, nədə ki , pullarımı geri qaytardılar. Mən də DİN-nin "102" qaynar xettiylə əlaqə saxladım. Bu işlə bağlı 17 -ci və 18- ci polis bölmələri maraqlandı . Axırda Nərmanov polis bölməsinə göndərildi və bir müddətdən sonra iş mayor Hüseynov Ceyhun Niftalı oğlu tərəfindən bağlandı. Sonra ise mən Nermanov Prakrorluğuna şikayət etdim, o vaxtlarda Məmmədli Rəşad Aydın oğlu məndən xahiş edərək dedi ki, şikayətini geri götür ki, mən də sənin pulunu geri qaytarım. Vicdanına and içərək mənə söz verdi və mən də şikayətimi geri götürdüm. Amma o gündən bu günə qədər məni nə işlə təmin etdilər, nədə ki, mənim pullarımı geri qaytardılar. Xagis edirəm ki, yuxarıda sözügedən məsələni isiqlandirasiz ki, qoy öz həllini tapsın və mən də o, min bir əziyyətlə qazandığım pullarl geri alim.


İmza. Mustafayev Elyar Çapay oğlu

30.07.2022-ci il


Elaqe nomuresi: Rəşad:060-210-55-11

İsmayıl:050 -374-40-03