backend

Ekalogiya YPX İnspektoru vəzifəsindən sui-istifadə edir - NARAZILIQ

Ekalogiya YPX İnspektoru İSKƏNDƏROV CABBAR İSMƏT oğlu vəzifəsindən sui istifadə edir. Qaynarxett.az xəbər verir ki, bu barədə "KORRUPSİYASIZ AZƏRBAYCAN" qrupunda məlumat verilir. Məlumatda deyilir:

"Ekalogiya YPX İnspektoru İSKƏNDƏROV CABBAR İSMƏT oğlu vəzifəsindən sui istifadə edir. Belə ki, bu günləri dairəvi yoldan düz Quba yoluna çıxışda halbuki orda yerdə gözləmək nişanı olmadığı halda düz yol ilə hərəkət edən avtomobilləri saxlayaraq avtomobillərin düz istiqamətə hərəkət etməsinə baxmayaraq sürücülərdən dönmə işığını yandırmamalarınıı bəhanə gətirərək Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 327.1 ci maddəsini haqsız şəkildə əsas gətirərək cərimələr yazır. Daxil olan şikayətlərə əsasən adı qeyd olunmuş inspektoru Azərbaycan Respublikasının Daxili İşlər Nazirliy tərəfindən ölçü götürməsini xahiş edirik. Halbuki həmən istiqamətdə sağ zolaq ilə avtomobillər düz istiqamətə hərəkət etməsinə baxmayaraq 327.1 maddəsini haqsız rəhbər tutaraq cərimələyir...

Ekologiya YPX isektoru kiçik serjant İSKƏNDƏROV CABBAR İSMƏT OĞLU Yol polisi haqqında qanunun 6.8 ci maddənin tələbini pozaraq şəhər kənarı yollarda iki nəfərdən az olmayaraq xidmət aparılmasına baxmayaraq tək xidmət aparmaqdadır. (Şəhərkənarı yollarda, stasionar postlarda və sutkanın qaranlıq vaxtında xidmət aparılması üçün təyin olunan naryadın tərkibi iki nəfərdən az olmamalıdır. Sutkanın qaranlıq vaxtında patrul avtomobillərində xidmətin aparılması zamanı sayrışan işıqlar işlək vəziyyətdə olmalıdır.) Respublikasının Daxili İşlər Nazirliyinin ölçü götürməsini ümid edirik."