backend

BDU Qazax filialında hökm sürən anarxiyanın başında kim durur? – Elçin Babayev yoxsa, Arif Rüstəmov

Qazaxda bir ali təhsil ocağı var.  2015-ci ilə qədər bura Azərbaycan Müəllimlər İnstitutunun Qazax fililı kimi, daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialı kimi fəaliyyətdə olub, 2016-cı ilin aprel ayından Prezident İlham Əliyevin Sərəncamı ilə Bakı Dövlət Universitetinin Qazax filialı hesab edilib. Hələ 2016-cı ildə Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov universitetin Qazax filalının tələbə və müəllim kollektivi ilə görüşü zamanı jurnalirtlərə açıqlamasında  “Filalın univeristet səviyyəsinə qalxması üçün əlimizdən gələni edəciyik. Həm maddi texniki bazanın, həm də infrasturkturanın qurulması istiqamətində tədbirlər həyata keçirilib. Həmçinin kadr hazırlığında BDU-nun mütəxəsislərindən istifadə olunması nəzərdə tutulub”-deyə bildirmişdi.
Sabiq rektorun “Filalın univeristet səviyyəsinə qalxması üçün əlimizdən gələni edəciyik” ifadəsinin arxasında duran qaranlıq məsələlərə toxunmaq istəməzdik. Məlum səbəblərdən Abel Məhərrəmov 2018-ci ildə vəzifəsi ilə vidalaşmalı oldu. Amma Bakı Dövlət Universitetinin Qazax filialı yerində durur. Ötən bu m üddət ərzində filial nəinki univeristet səviyyəsinə, heç institut səviyyəsinə belə qalxa bilməyib. Bura bu gün ali təhsil müəsisəsindən daha çox bir korrupsiya yuvasına çevrilib. Sabiq rektorun qurmasını nəzərdə tutduğu maddi texniki baza quruldumu. yoxsa elə əvvəlkilər də talan edilir. Heç kimə sirr deyil ki, vaxtıilə, hələ Azərbaycan Müəllimlər İnstitutunun Qazax fililı kimi fəaliyyət göstərərkən institutdan pul ilə satılmış saxta diplomların sayı yüzlərlə olub. Hazırda isə saxta diplomlar satılmasa da dövlət vəsaitləri talan edilməkdədir
Rubrika.az xəbər verir ki, aktualinfo.org Bakı Dövlət Universitetinin Qazax filialı tərəfindən son illərdə keçirilmiş satınalmalar ətrafında araşdırmalar aparmışdır. Araşdırmalarda filialın Tender Komissiyası tərəfindən illik satınalma planlarına uyğun nəzərdə tutlan bəzi kotirovka sorğularının keçirilməsi zamanı ciddi qanun pozuntularına yol verildiyinə, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməməsinə, elan olunmuş və keçirilmiş kotirovka sorğuları üzrə bağlanmış müqavilələrdə saxtakarlıq hallarına yol verilməsi, habelə satın alınan malların (xidmətlərin) qiymətlərinin süni şəkildə şişirdilməsinə şübhə yaradan bir sıra hallar məlum olmuşdur.
Bakı Dövlət Universiteti Qazax filialının Tender Komissiyası 01.06.2020-ci il tarixdə 2021-ci il üzrə alınacaq mal materialların və xidmətlərin satınalma planlarına daxil edilmiş siyahısını dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə açıqlamış, lakin 2021-ci ildə keçirilmiş kotirovka sorğularının bəzilərinin nəticələri barədə məlumatları qanunla müəyyən edilmiş qaydada ictimaiyyətə açıqlamamışdır. Məsələn, nəqliyyat vasitələri, maşın və avadanlıqlar, sair torpaq, tikili və avadanlıqlar (inventarların alınması), dəftərxana və təsərrüfat malları, cari təmir kimi kotirovka sorğularının keçirilməsi barədə filialının Tender Komissiyası qanunda nəzərdə tutulmuş heç bir qaydaya əməl etməmişdir.
Ümumiyyətlə burada satınalmaların formal bir qaydada həyata keçirildiyi elə filialın Tender Komissiyasının işindən bəlli olur. Belə ki, filialın Tender Komissiyası elan etdiyi kotirovkalarda yerləşdirdiyi telefon nömrələri və e-mail adresin heç biri işləmir. Bu o deməkdir ki, kotirovkada iştirak etmək istəyən hər hansı bir iddiaçı şirkət sifarişçi ilə əlaqə saxlaya bilməz. Bu həm də o deməkdir ki, kotirovkanın qalibi artıq əvvəlcədən müəyyən olunur və əlavə iştirakçı müraciətinə heç bir ehtiyac qalmır.
Hələ bu harasıdır. Satınalmalarda yol verilmiş qanunsuzluqlara aydınlıq gətirilməsi ilə bağlı ünvanladığımız elektron sorğu məktubuna artıq 25 gündən çoxdur ki, cavab verilmir. Təsəvvür edin. Telefonla əlaqə saxladığımız filialın təsəsrrüfat şöbəsinin müdiri Hüseyn Namazov kotirovkaların keçirilməsindən xəbərsiz olduğunu bildirdi.
Buna biabırçılıqdan başqa ad vermək mümükün deyil. Dəfələrlə zəng etməyimizə baxmayaraq baş mühasib Şahin Nağıyev isə gah məktubdan xəbərsiz olduğunu, gah da məzuniyyətdə olduğunu bildirdi. Halbuki sorğu məktubu məhz onun e-mail ünvanına da göndərilmişdi. Baş mühasibdən sorğu məktubu barədə filialın rəhbərliyinə məlumat verməyi xahiş etdik. Satınalmaların keçirilməsinə birbaşa məsul olan baş mühasib nə desə yaxşıdı? “Mən niyə deyirəm, özünüz deyin.” Tender Komissiyasının üzvləri olan bu şəxslərin, baş mühasib Şahin və təsəsrrüfat şöbəsinin müdiri Hüseynin işinə bu qədər məsuliyyətsiz yanaşmasının səbəbi nədir görəsən? Filialda hökm sürən anarxiya. Buna başqa heç bir ad vermək olmaz. Əgər bir qurumun təsərrüfat və maliyyə məsələlərinə məsul olan şəxsləri işlərinə bu qədər biganə yanaşırlarsa, onun səbəbi təbii ki, rəhbərliyin yaratdığı qeyri normal atmosferdi.
Qeyd edək ki, Bakı Dövlət Universiteti Qazax filialı tərəfindən satınalma planlarına daxil edilmiş bir çox kotirovka sorğularının keçirilməsi zamanı dövlət satınalmalarının vahid internet portalına iddiaçılara dəvət elanı demək olar yerləşdirilməmiş və nəticələri barədə ictimaiyyətə açıqlama verilməmişdir. Tikili və avadanlıqların cari təmir xərcləri üzrə 19.10.2021-ci il tarixdə, dəftərxana və təsərrüfat xərcləri üzrə 01.06.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri isə açıqlanmamışdır.
Rubrika.az