"Technote Media" şirkətinin rəhbəri, tanınmış texno-bloqer Fərid Pərdəşünas Mətbuat Şurasının İdarə Heyətində təmsil olunacağı ilə bağlı səslənən iddialara münasibət bildirib.
QAYNARXETT.AZ-ın məlumatına görə, F.Pərdəşünas Pravda.az-a açıqlamasında deyib ki, Azərbaycan jurnalistlərinin VIII qurultayına namizədliyini irəli sürməyi planlayır.
"Hələ ki, planda belə bir şey var. Bu, tək mənimlə bağlı deyil, ola bilsin ki, bizdən başqa adam getsin. Namizədliyimizi verəcəyik. Daxildə dəqiqləşdirək, görək kim ora daha uyğundur, ya mən, ya baş redaktorumuz. Ondan sonra müasir texno-bloqer kimi Mətbuat Şurasına hansı faydaları verə biləcəyimizi izah edərik. İndi məsələ tam dəqiq deyil", - Pərdəşünas bildirib.