backend

“Eynulla Fətullayev məndən üzr istəməlidir!” – Əvəz Zeynallı

Xural TV-nin rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallı jurnalist Eynulla Fətulluyevin onun barəsindəki 20 min manat rüşvət alması iddiaları ilə bağlı açıqlama verib.

Sozcu.az xəbər verir ki, Ə.Zeynallı Xural TV-nin efirində canlı yayım edərək, iddiaları təkzib edib.

“Bir nəfər çıxıb deyə bilməz ki, 1 manat belə rüşvət almışam. Eynulla vaxtilə özü mənə 100 min manat rüşvət təklifi etdirib. Mən onun 100 min təklifindən imtina etmişəm.

Səs yazısında ianə edim deyərkən pulu yox, əlimdə olan sənədləri nəzərdə tutmuşam. Səsi vəkil Elçin Sadıqova göndərmişəm. O mənə öz ailəm qədər yaxın olduğu üçün səsdə izahlı sözlərdən istifadə etməyi lazım bilməmişən. Gərək Şərin Eynullası olduğunu nəzərə alaraq, orda söhbətin puldan getmədiyini xüsusilə vurğulayardım.

Eynulla Fətullayev məndən üzr istəməlidir!, – deyə o əlavə edib.