backend

Türkanda daha bir əxlaqsızlıq yuvası - "KASPİ OTEL" - Dəniz xanımın yanında azyaşlı uşaq da var...

Bütün dünyada olduğu kimi, insan alveri, qanunsuz olaraq fəaliyyət göstərən fahişəxanalar bu gün Azərbaycanda da narahatlıq doğuran əsas problemlərdən biridir. Bu, elə bir bəladır ki, narkotik və silah ticarətindən də ağır fəsadlara yol aça bilər. Çünki ən ağır xəstəliklər cinsi əlaqə zamanı yayılır.

Heç kimə sirr deyil ki, insan alverinin ən çox yayılmış növü məhz qadın ticarətidir. Əfsuslar olsun ki, hazırda həm paytaxt Bakıda, həm də Azərbaycanın bir çox bölgəsində fəaliyyət göstərən fahişəxanalarda qadınların satılmasından külli miqdarda mənfəət əldə edənlər var. Bakıda fəaliyyət göstərən fahişəxanalarla bağlı həm biz, həm digər mətbuat orqanları dəfələrlə yazıblar, informasiyalar yayımlayıblar. Hətta dövlət orqanları da bu məsələyə reaksiya veriblər. Tədbirlər gördüklərini və bundan sonra da bu tədbirlərin davam edəcəyini vurğulayıblar. Amma görünən odur ki, fahişəxanaların fəaliyyəti nəinki hələ də davam etməkdə, göbələk kimi artmaqdadır.

Xəzər rayonunun Türkan qəsəbəsində daha bir əxlaqsızlıq yuvası aşkarlanıb. Qaynarxett.az xəbər verir ki, bu fahişəxana "KASPİ OTEL" adlanır. Əxlaqsızlıq yuvasını "Dəniz" ləqəbli bir qadın idarə edir. Reyd zamanı Dəniz xanımın yanında azyaşlı uşaq var idi. Burada səhərə qədər insanların yuxusuna haram qatırlar. Hər gecə həmin barda dava, insident baş verir. Söyüş, qışqırıq səsi aləmi götürür. Sizə təqdim etdiyimiz vide-süjetlərdə bunun şahidi olacaqsınız. 

Bu iyrənc işlərin arxasında kimlərin dayandığını, obyektləri kimlərin himayə etdiyini bilmirik. Yəqin ki, hüquq-mühafizə orqanları araşdırma aparıb ciddi tədbir görəcəklər.







Qaynarxett.az