backend

Əflatun Amaşovdan Əvəz Zeynallı açıqlaması: - “Başımız qarışıqdır”

Xəbər verdiyimiz kimi, sentyabrın 10-da “Xural” TV-nin rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallı saxlanılaraq, həbs olunub.
Məsələ ilə bağlı Azərbaycan Mətbuat Şurasından heç bir açıqlama verilməyib, münasibət bildirilməyib.
Bakupost.az Mətbuat Şurasının sədri Əflatun Amaşovla əlaqə saxlayıb.
Sədr Bakupost.az -a açıqlamasında hazırda başlarının qurultaya qarışıq olduğunu bildirib:
“Bilirsiniz ki, bu günlərdə qurultayımız olacaq. Hazırda başımız qurultaya qarışıb. Qonaqlarımız var onları qarşılayırıq. Bu məsələ ilə bağlı yəqin ki, Mətbuat Şurasının bəyanatı olacaq, ancaq indi buna vaxtımız yoxdur”.
Xatırladaq ki, sentyabrın 10-da “Xural Tv”nin rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallı və hüquq müdafiəçisi Elçin Sadıqlı saxlanılıb.
Onların hər ikisinə Azərbaycan Cinayət Məcəlləsinin 32 və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.