backend

ŞƏHİDLİYİN ÜNVANI ƏBƏDİYYƏTLİKDİR...

Hər bir ölkənin gələcəyi onun, gənclərinin düşüncə tərzindən, milli ruhundan aslıdır. Azərbaycan gəncliyi ölkənin tale yüklü məsələlərində öz sözünü deməyi bacarır. Azərbaycan xalqı tarixin bütün dövürlərində sübut edib ki, onun oğulları yağı düşməni məhv etməyə qadirdir. Xalqımızın şanlı tarixi coxlu sayda qəhrəmanlıq səhifələri ilə zəngindir, sərait qəhrəmanlar yaradır, qəhrəmanlar isə tarix. Hər kəs anadan qəhrəman doğulmur. Onun yaşadığı zaman, ətrafında cərəyan edən hadisələr, malik olduğu xarakter, ən başlıcası xalqın ruhunun can ortağı olan ruhu yetişdirir.

2020 -ci il sentyabrın 27-dən noyabrın 9-dək davam edən Vətən müharibəsi tariximizin şanlı səhifəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qazandığı qələbə xalqımızın yenilməzliyini bütün dünyaya nümayiş etdirdi. Torpaqlarımızın yağı düşməndən azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda ilk gündən döyüşə qatılan vətənpərvər, qəhrəman, igid, mərd oğullarından biri də Yaqub Abdulla oğlu Qəhrəmanlıdı olub.

14.09.1993-cü ildə Tərtər rayonunun Dəmirçilər kəndində anadan olmuş Yaqub Abdulla oğlu Qəhrəmanlı Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunları sırasında müddətdən artıq həqiqi hərbi xidmət qulluqcusu olaraq xidmət edirdi.

Yaqub Qəhrəmanlı vətəninə bağlı olan və hərb sahəsində özünü doğruldan igidlərimizdən biri idi. İkinci Vətən müharibəsinin ilk günlərindən döyüşə qatılanlardan və ən öndə gedənlərdən olub. Torpaqlarımızın yağı düşməndən azad olmağı uğrunda gedən döyüşlərdə Yaqub Qəhrəmanlı döyüş tapşırığını yerinə yetirən zaman iyirmi yaralı əsgərimizi və səkkiz şəhidimizi döyüş bölgəsindən cıxarmışdır. Müharibənin ücüncü günü 29.10.2020-ci il tarixində Talış kəndi istiqamətində gedən döyüşlərdə ağır yaralanır. O, yaralı hərbiçi yoldaşlarını döyüş bölgəsindən cıxarmağa calışarkən düşmənin atdığı mərmi nəticəsində başından və ciynindən qəlpə yarası alır. Ağır yaralanan Yaqub xəstəxanaya yerləşdirilir.

Müharibə varsa, şəhid də var, qazi də....

Evinə qazi kimi dönən Yaqub 2021-ci ildə Yaşat Fondunun xətti ilə uzun müddət İstanbul şəhərində İstanbul Medicana Hospitalında və İstanbul cərrahiyyə xəstəxanasına sonra isə Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Tibbi Hospitalında müalıcəsini davam etdirmişdir. Uzun müddət komadan ayılmayan qazi Yaqub Qəhrəmanlı 29.05.2022-il tarixində şəhidlik zirvəsinə ucalır. Və doğulduğu Tərtər rayonunun Dəmirçilə kənd qəbirsanlığında dəfn olunub.

Yaqubun xəyalları var idi, hamısı yarımcıq qaldı. Ondan bizə iki yaşlı oğlu yadigar qaldı.

Azərbaycan Respublikasının ərazisinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas quruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Yaqub Abdulla oğlu Qəhrəmanlı "Cəsur döyüşçu" medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının Suqovuşan qədəbəsini işğaldan azad edilməsi uğrunda aparılan, döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Yaqub Abdulla oğlu Qəhrəmanlı "Suqovuşanın azad olunmasına görə " medalı ilə təltif edilib.

Şəhidlər ölməz , Vətən bölünməz! Odur ki, bizim üzərimizə böyük missiya düşür, şəhidlərimizi tanıyaq və tanıdaq!

Ruhun şad olsun, Vətən oğlu!




İlhamə Səmədova,

xüsusi müxbir.